Mənim Tanrım Gözəllikdir, Sevgidir!


"Kaspi" Liseyinin Bakıxanov fililalında "Ədəbiyyat" həftəsi çərçivəsində Azəbaycanın romantik-filosof şairi Hüseyn Cavidə həsr olunmuş xüsusi tədbir keçirilmişdir. Tədbirdə, Hüseyn Cavidin yaradıcılığından bəhs olunmuş, "Qadın", "Kor ərəbin mahnısı", "İblis", "Mənim tanrım gözəllidir, sevgidir" kimi əsərləri şeir, mahnı, səhnəcik şəklində nümayiş olunmuşdur. Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist, eyni zamanda Cavidşünas kimi Hüseyn Cavidin irsini araşdıran Sona Vəliyeva, öz çıxışında Cavidin fəaliiyətinin iki istiqamətini - türkçülük və şəxsiyyət - təlil edərək, şagirdlərlə onun barəsində ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin, şairin əsərlərinin mövzularına uyğun şagirdlər tərəfindən çəkilmiş rəsm işləri də nümayiş olunmuşdur.