"Kaspi" Liseyində "Akademikin son əsəri" romanının təqdimat mərasimi baş tutdu.


Azərbaycan tarixini, elmini, incəsənətini tanıtmaq adına hər tədris ili “Kaspi” Liseylərində keçirilən “Milli yaddaş” layihəsi bu dəfə Azərbaycanın görkəmli yazıçısı, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığına hərs olundu. Belə ki, şairin müəllifi olduğu “Akademikin son əsəri” adlı romanının “Kaspi – Ağ şəhər” Liseyində təqdimat mərasimi keçirildi. Prototipi tarixçi və Azərbaycan Şərqşünası Ziya Bünyadov olan nəsr əsəri XX əsrin 80-90-cı illərinin hadisələrindən bəhs edir, o dövrdə Azərbaycan xalqının üzləşdiyi çətinliklərə işıq tutur. Tarixin sınağından üzüağ çıxan xalqın əlbəttə ki, öndə gedən liderləri var idi, hansı ki, yazıçı bu əsərində də Ziya Bünyadov başda olmaqla, məhz onları xatırlayır. Tədbir elə səbəbkarın əsərindən qısa bir səhnəciklə açıq elan edildi. Ardınca şagirdlər üçün, Rüstəmxanlının həyat və yaradıcığndan bəhs edən video-təqdimat nümayiş olundu. Bundan başqa, “Kaspi – Ağ şəhər” Liseyinin şagirdlərinin ifasında ədibin “Vətən”, “Bu millət ölməyi bacarır hələ”, “Qopsun millətdən”, “İnansa Təbriz deyil” kimi şeirləri də səsləndirildi. Tədbirin təşəbbüskarı, “Kaspi” Təhsil Şirkətinin təsisçisi, filoloq Sona Vəliyeva, əsər barəsində dolğun və əhatəli məlumatla çıxış edərək, “bu əsəri məktəblilər arasında yaymaq və “Kaspi” Liseyində təqdimatını təşkil etmək” vədinə nail olduğu üçün özünü xoşbəxt hesab etdiyini və təşkilatçılara və şagirdlərə öz minnətdarlığını bildirdi. Tədbirin səbəbkarı da öz növbəsində çıxış edərək, onun yaradıcılığına belə yüksək qiymət verildiyindən dolayı öz məmnunuluğunu ifadə etdi. Öz nitqində, onlara 80-90-cı illərin iştirakçısı və şahidi kimi qələmə aldığı bəzi məqamları şagirdlər üçün aydınlaşdırdı, onlara bir vətəndaş kimi tarixi əsərlərin oxumağın vacibliyini çatdırdı. "Kaspi - Ağ şəhər" Liseyinin də direktoru Asif Əzizov çıxış edərək, təşkil olunan "Milli yaddaş" layihəsinin məqsədini vurğuladı və qonaqlara öz təşəkkürlərini bildirdi Sonda qonaqla birlikdə xatirə şəkli çəkdirildi.