Sönməz Günəş


"Kaspi" Liseyinin Bakıxanov filialında Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Sönməz Günəş" adlı anım tədbiri keçirilmişdir. Tədbirin açılış sözünü söyləyən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, Liderin həyatı və siyasi fəaliyyəti haqqında qısa arayışla çıxış etmişdir. O, siyasətçinin Azərbaycanın siyasi və iqtisadi həyatında gördüyü işlərə diqqəti çəkmiş, şagirdləri bir şəxsiyyət kimi ondan nümunə götürməyə, ona bənzəməyə səsləmişdir. Ardınca şagirdlər, şeir, mahnı, rəqs ifası ilə çıxış etmiş, 90-cı illərin ağır günlərindən bəhs edən səhnəcik nümayiş etdirmişdirlər.