Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi "Kaspi" liseyində qeyd olundu.


24 May 2018-ci il tarixində “Kaspi” Liseyinin Bakıxanov filialında AXC-nin 100 illiyinə həsr olunmuş bədii-musiqili tədbir keçirildi. Tədbir elə AXC dövründə yazılmış Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.
Daha sonra ilk çıxışçı, KTŞ-nin  təsisçisi Sona Vəliyeva, qonaqları və iştirakçıları salamlamış, AXC haqqında öz fikirləri ilə çıxışını davam etdirmişdir. “Bugünkü müstəqil AZərbaycan dövlətinin dövlətçilik ənənələri məhz 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin yaratdığı ənənələrə dayanır. Milli şüur, istiqlaliyyət təfəkkürü, demokratik dəyərlər o günlərdən bizə ötürülmüşdür!”- deyə, o, AXC-nin “Azərbaycan” adlı ölkənin varlığındakı və tarixindəki əhəmiyyətini vurğulamışdır.
Bundan sonra, AXC haqqında kiçik video-süjet təqdi olunmuşdır.
Ardınca, şagirdlərin ifasında “İstiqlal” şeiri səsləndirilmiş, AXC aydınlarının iştirak etdiyi kiçik bir səhnə nümayiş olunmuşdur.
Bundan başqa, xanəndə Könül Məmmədli muğam ifası ilə çıxış etmiş, tədbirə rəng qatmışdır.