İstiqlaliyyətimin əbədi sancağı


14 noyabr 2016-cı il tarixində “Kaspi” liseyində dövlətimizin müstəqilliyinə aid əlamətdar günlər münasibəti ilə daha bir tədbir keçirildi. “İstiqlaliyyətimin əbədi sancağı” adlı bədii-musiqli gecədə 9 Noyabr-Dövlət Bayrağı Günü,  12 Noyabr – Konstitusiya Günü, 17 Noyabr – Milli Dirçəliş Günü qeyd olundu; hər üç günün tarixi haqqında ətraflı məlumat verildi.  Dövlət Himni səsləndirildikdən sonra söz söyləmək üçün kürsüyə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva dəvət olundu. “Müstəqillik elə bir haldır ki, biz onu sadəcə bir tarixlə yad etmir, sadəcə bir gün sevinmirik; bu bayramı hər gün duyur, hər gün yaşayırıq.” Sona xanım şairdləri öz keçmişlərinə sadiq qalmağa, onu qorumağa, gəlcəyə isə mübariz olmağa səsləmişidir. “Bu gün bu bayrağı bizə hədiyyə edən, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoylu, Əhməd bəy Ağaoğlu, müstəqiliiyimizi isə yenidən bizə qaytaran Heydər Əliyevi unutmamalı, onlara layiq vətəndaş olmalıyıq.!” – deyə, natiq qeyd etmişdir.
Ardınca şagirdlər, “Bayrağımın tarixi” adlı kompozisiyanı nümayiş etdirmiş, liseyin Xor kollektivi “Azərbaycan” mahınısını oxumuşdur. Bayraq meydanında çəkilmiş, şagirdlərin Dövlət Bayrağı ilə bağlı dediyi ifadələrdən ibarət olan “Tarixin özü-Vətənin özü” adlı video-çarx isə hər kəs tərəfindən maraqla qarşılanmışıdır.
Sonda çıxış edən liseyin direktoru Tural Əliyev “Bu gözəl üç bayram bizə son baharı ilk bahar kimi yaşadır.”-deyə qeyd etmiş, həmçinin şagirdlərə, qonaqlara öz təşəkkürlərini bildimişdir.


Digər şəkillərə baxmaq üçün veb səhifədə olan Foto Qalereya bölməsinə keçin.