Onkologiya Mərkəzində Novruz Bayramı


14 mart -İlaxır çərşənbə günündə Kaspi liseyi Milli Onkalogiya Mərkəzində qonaq olmuşdur. Ötən tədris ilində keçirilən "Xarı Bübül" adlı xeyriyyə sərgimizdən əldə olunan vəsaitin bir qismi ilə uşaqlara hədiyyələr alınmış, əyləncəli proqram təşkil edildi. Bayram gününü xoş keçirmək,oradakı körpələrin çöhrəsinə sevinc qondura bilmək üçün liseyin "Teatr" dərnəyinin şagirdlərindən bir qrupu hazırladıqları səhnəkciklə çıxış etmişdirlər.
Bayramınız mübarək olsun əziz balalarımız!