Xoşbəxt Olsun Uşaqlar


Kaspi Ağ şəhər Liseyinin azərbaycan bölməsi üzrə birinci sinif şagirdləri Əlifba bayramını qeyd etmişdirlər.
Zəhmət, həyəcan və çox böyük həvəslə hazırlanmış tədbirdə birincilər rəngarəng səhnəciklər nümayiş etdirmiş, şeir söyləmiş, mahnı oxumuş, rəqs etmişdirlər. “Xoşbəxt olsun Uşaqlar!” adı altında keçirilən tədbirdə Azərbaycan tarixi, Vətən, sağlamlıq, sülh kimi mövzulara toxunulmuş, sadalananların uşaqların həyatında, yetişməsində, xoşbəxt və sağlam şəkildə yaşamasında əhəmiyyətli rollarından danışılmışdır.
Şagirdləri və onlara tamaşa etməyə gələn valideynləri təbrik edən Liseyin direktou Asif Əzizov, tədbirin ərsəyə gətirən müəllim və inzibati heyətə öz təşəkkürlərini bildirmiş və hər kəsə uğurlar arzulamışdır.