Каспий – к знаниям дорога


“Kaspi-Ağ şəhər Liseyi”ndə rus bölməsi üzrə birinci siniflərin Əlifba bayramı keçirilmişdir. “Каспий – к знаниям дорога” adı altında keçirilən tədbirdə şagirdlər bir il ərzində mənimsədikləri bilik və bacarıqları müxtəlif şəkillərdə nümayiş etdirmişdirlər. Onlar rus və ingilis dilində səhnəciklər göstərmiş, rəqslər ifa etmiş, mahnılar oxumuş, şeirlər söyləmişdirlər. Sonda Liseyin ibtidai siniflər üzrə direktor müavini Mahirə Hüseynova çıxış edərək müəllimlərə, şagirdlərə və onlara dəstək verən valideynlərə təşəkkürlərini bildirmişdir.


Digər şəkillərə baxmaq üçün veb səhifədə olan Foto Qalereya bölməsinə keçin.