Molla Nəsrəddin Show


"Kaspi - Ağ Şəhər" Liseyində fəaliyyət göstərən Şən və Hazırcavablar Klubu komandalarının iştirakı ilə "Molla Nəsrəddin Show" yarışması təşkil edilib. Tədbirdə iştirak edən yuxarı sinif şagirdlərindən ibarət komandalar 20-ci əsrin əvvəllərində Azərbaycanda və Yaxın Şərqdə böyük səs-küy salmış satirik "Molla Nəsrəddin" jurnalının müəllifləri tərəfindən üstün tutulan satirik, tənqidi baxış yanaşması nümayiş etdirərək maraqlı nömrələrlə çıxış edib, onların çıxışları tamaşaçılar və münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb. Gərgin rəqabət şəraitində keçən yarışmanın nəticələrinə əsasən, Liseyin 9A sinfinin "Comedy Ladies and Gentlemen" komandası yarışmanın qalibi olaraq kuboka sahib çıxıb. 8B sinfinin "Gülüş ustaları" komandası 2-ci yerə, 7A sinfinin "Yeni nəsil" komandası isə üçüncü yerə layiq görülüb.