Uğura doğru


“İnnovasiya” Psixoloji Mərkəzinin motivator təlimçisi Gülnarə Məmmədova “Kaspi – Ağ Şəhər” Liseyinin 9 və 10-cu sinif şagirdləri üçün "Uğura doğru" adlı seminar keçirib. Seminarda şagirdlərə hədəfin müəyyənləşdirilməsi, doğru və sistemli dərs çalışma mühitinin təşkili, vaxtın idarə edilməsi, daxili inamın və qətiyyətin formalaşması, dərs çalışma zamanı yaranan problemlərdən qurtulmağın yolları barədə ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.