Beynəlxalq İnformatika Layihə Olimpiadası


"Kaspi" liseyi şagirdləri "Beynəlxalq İnformatika Layihə Olimpiada"sının Avrasiya finalında Azərbaycanı uğurla təmsil etmişdirlər. Qazaxıstanın Almatı şəhərində keçirilən və 351 komandanın mübarizə apardığı olimpiadada liseyimiz 4 komanda ilə iştirak etmişdir. Komandamız İki gün ərzində ikimərhələli (prezentasiya və proqramlaşdırma üzrə imtahan) şəkildə həyata keçirilən yarışda 2 layihəsi ilə gümüş , 1 layihəsi ilə isə bürünc medal qazanmışdır. Şagirdlərimiz, Qasımlı Ramal (gümüş medal), Əzizağa Hüseynov (gümüş medal), Ramin Oruclunu (bürünc medal) təbrik edirik!