"Kaspi" Liseyi "Vikipediyaçı" şagirdlər yetişdirir


"Kaspi" Liseyi vətənpərvərlik naminə daha bir layihəyə imza atdı!
Belə ki, ölkənin tarixini, mədəniyyətini, ümumiyyətlə mənəvi irsini yaşatmaq və yetişən nəsillərə ötürmək naminə təşkil olunan “Milli yaddaş” layihəsinin davamı olaraq həyata keçirilən Vikipediya təlimlərinin məqsədi ölkəmizlə bağlı müxtəlif məlumatların bu beynəlxalq onlayn ensiklopediyada yerləşdirilməsini təmin etməkdir. Qeyd edək ki, vikipediya təlimləri  AMEA-nın Mərkəzi Elmi Kitabxanasının  Sərbəst Elektron Resursları şöbəsi ilə birlikdə təşkil olunmuş, şagirdlər bu təlimlərdə sözügedən ensiklopediyada necə məlumat dərc etməyin yollarını öyrənmişdirlər.
Təlimdə iştirak edən şagirdlər qaydalara uyğun olaraq ilkin mərhələdə azərbaycan dilində artıq 2-3 məqalə belə yerləşdirə bilmişdir.
Sonda bütün təlimlərdə iştirak edən və qaydaları tam mənimsəyən şagirdlərə təlimi uğurla başa vurmaları haqqında sertifikatlar təqdim olunmuşdur.