Kaspi Abituriyent kursu 700 bal toplamış abituriyentini qürurla təqdim edir


18 iyul 2018-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən IV ixtisas qrupu üzrə imtahanda iştirak edən Kaspi Abituriyent kursunun tələbəsi Nərmin Balakişiyeva ən yüksək nəticəni əldə edərək ölkə birincilərindən olmağı bacardı. 700 bal toplayan gələcək tələbə Azərbaycan Tibb Universitetində müalicə işi üzrə təhsil almağı planlaşdırır.

Bakı şəhərində 29 nömrəli orta məktəbdə təhsil alan Nərmin Balakişiyeva son iki ildə Kaspi Abituriyent kurslarında əlavə hazırlıqlara qoşulmuşdur. Şagirdin istedadını və çalışqanlığını görən Kaspi Abituriyent kursunun proqram rəhbərləri onun xüsusi dərəcəli hazırlıq qrupunda təhsil almasını təmin etmiş, Nərminə və Nərmin  kimi digər abituriyentlərə xüsusi metodika ilə dərs keçmişdirlər. Ürəkaçan nəticə isə həm abituriyentin özünü, həm də ona dərs keçmiş bütün müəllim kollektivini sevindirdi. İmtahana hazırlaşma metodundan və yollarından bəhs edərkən, Nərmin qeyd edir ki, gündəlik müəllimlərin verdiyi tapşırıqları yerinə yetirmək kifayət etmir. O, daima, Kaspi kurslarında təşkil olunan mövzu və ümumi sınaqlarda iştirak edir, öz səhvləri üzərində işləyir, müəllimləri ilə müzakirələr aparırmış.  Balakişiyeva hesab edir ki, digər əsas məsələ isə sistemli çalışmaq və özünə inamlı olmaqdır. Başqa sözlə, o, uğurunun yarısını iştirak etdiyi təhsil prosesində və metodikasında görürsə, yarısını da qətiyyətli və səbatlı olmaqda görür.

Məlumat üçün qeyd edək ki, Nərminin qardaşı, Cəfər Balakişiyev də Kaspi Abituriyent kursunda iki il bundan qabaq hazırlıq keçmiş, 685 balla ATU-ya daxil olmuşdur.