8 Mart - Beynəlxalq Qadınlar Günü


7 mart 2017-ci il tarixində “Kaspi ” liseyində xanım valideynlərimiz üçün 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Tədbirin açılış sözünü söyləyən KTŞ-nin təsisçisi Sona Vəliyeva tədbirdə iştirak edən bütün xanımları təbrik etdi. O xanım valideynlərə bir böyük olaraq, öz qız övladlarında əsl azərbaycanlı qadınına xas olan mərdlik, qorxmazlıq, ailəyə bağlılıq, ləyaqət və həya kimi xüsusiyyətləri qoruyub saxlamağı, onların eyni zamanda öz ayaqlarının üzərində dura bilmələri, savadlı, müstəqil ola bilmələri üçün də dəstək olmalarını tövsiyə etdi.
Daha sonra qız övladlarını nə qədər tanımalarıyla bağlı valideynlər arasında sorğu keçirildi və qalib valideyn mükafatlandırıldı. Ardınca “Kaspi ”liseyinin psixoluqu Məlahət Qazıbəyova valideynlərə övladlarına daha yaxın ola bilmək, onları tanımaq və onlara vaxt ayıra bilmək mövzusunda seminar verdi.
Tədbir Liseyin "Teatr" dərnəyinin qız şagirdlərinin valideyn və övlad münaibətlərinə həsr etdikləri səhnəcik, rəqs nümayişi ilə davam etdirildi.