"Kaspi" liseyi Batumidə


“Kaspi” liseylərini təmsil edən nümayəndə heyəti Gürcüstanda səfərdədir. “Kaspi” liseyləri müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində səfərdədir. Batumidə yerləşən “Qanatleba” özəl məktəbi ilə “Kaspi” liseyləri arasında əməkdaşlıq bir neçə il öncə yaranmışdır. Bu əməkdaşlıq çərçivəsində 2016-cı ilin mart ayında Azərbaycanlı şagird və müəllimlərin Batumiyə, həmin ilin oktyabrında isə gürcüstanlı həmkarların Bakıya səfərləri baş tutmuşdur. Hazırki səfər iki məktəbin birgə layihəsi olan Yaz Məktəbi çərçivəsində üçüncü görüşdür. Qeyd edək ki, Batumidəki Yaz Məktəbinin çox zəngin və maraqlı proqramı var. Belə ki, “Kaspi” liseylərinin şagirdləri müxtəlif sosial-ictimai, tarixi, ədəbi-bədii mövzularda görüş və diskussiyalarda iştirak edir, Batuminin gəzməli-görməli yerlərinə səyahət edir, yerli mətbəxin təamları ilə tanış olurlar.