Bizə ünvanlanan suallar və cavabları


2017-2018-ci tədris ili üçün şagird

qəbulu

 

SUAL: Sənəd qəbulu nə vaxtdır
CAVAB: Sənəd qəbulu 14 mart tarixindən başlayır və 22 aprel tarixinədək davam edəcək.



SUAL: İmtahan ödənişlidir?
CAVAB: Bəli. Sənədlər təqdim olunanda imtahanda iştirak üçün 10 AZN tələb olunur.



SUAL : Hansı sənədlər tələb olunur?
CAVAB: Sənədlərin siyahısı aşağıdakı kimidir:

  1. Müraciət forması (liseydə doldurulacaq)
  2. Şagirdin doğum haqqında şəhadətnaməsinin sürəti
  3. Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
  4. Sağlamlıq haqqında arayış (yalnız I siniflər üçün)
  5. Dörd ədəd fotoşəkil (3x4)

 

SUAL : Təhsil ödənişlidir?
CAVAB: Bəli, təhsil ödənişlidir. İllik təhsil haqqı

  • Azərbaycan bölməsi üçün
    • 1 - 4 - cü siniflər üçün 5900* AZN
    • 5 - 11- ci siniflər üçün isə 6400 AZN
  • Rus bölməsi üçün
    • 1 - 4 - cü siniflər üçün 6400** AZN

*Qeyd: İbtidai siniflər yuxarı sinif olduqda onlar üçün ödəniş 6400 AZN olacaq.
**Qeyd: İbtidai siniflər yuxarı sinif olduqda onlar üçün ödəniş 6900 AZN olacaq.



SUAL : Ödənişlərdə hansı güzəştlər nəzərdə tutulur?
CAVAB: Bir neçə güzəşt nəzərdə tutulur:

  • Birincisi ondan ibarətdir ki, əgər təhsil haqqı illik ödənilsə, bu zaman məbləğə 250 AZN endirim olunur.
  • Bir ailədən birdən artıq uşaq qəbul olunarsa, aşağıdakı endirimlər tətbiq olunur:
    • ikinci qəbul olunan şagirdə təhsil haqqının 10%-i

    • üçüncü qəbul olunan şagirdə təhsil haqqının 20%-i

    • dördündü qəbul olunan şagirdə təhsil haqqının 30%-i

    • beşinci qəbul olunan şagirdə təhsil haqqının 40%-i

  • Üçüncü güzəşt isə ondan ibarətdir ki, əgər şagird Kaspi Kids - məktəbəqədər hazırlığını müvəffəqliyyətlə tamamlayıbsa (ən azı 7 ay oxumalıdır), bu zaman 250 AZN güşəşt nəzərdə tutulur. 
  • 23 aprel qəbul imtahan güzəştləri:
    • 6-8-ci siniflərə gələnlər üçün
      • I yer - 1500 AZN
      • II yer - 1000 AZ
    • ​​9-cu sinfə gələnlər üçün
      • I yer - 2000 AZN
      • II yer - 1500 AZN
      • III yer - 1000 AZN
    • 10 və 11-ci siniflərə gələnlər üçün
      • I yer - 3500 AZN
      • II yer - 2500 AZN
      • III yer - 1500 AZN


SUAL : Bu məbləğə nə daxildir?
CAVAB: Bu məbləğə şagirdin

  • məktəbli forması,
  • kitabları,
  • nahar yeməyi,
  • dərsdən kənar məşğələ və dərnəklər daxildir.
  • 11-ci siniflər üçün saat 20:00-dək dərs hazırlığı

 

SUAL : Bir sinifdə maksimum neçə şagird təhsil alır?
CAVAB: Siniflər 16-18 nəfərlikdir.



SUAL : Avtobus xidməti nəzərdə tutulur mu?
CAVAB: Bəli, nəzərdə tutulur ancaq illik təhsil məbləğindən ayrıdır. Məbləğ məsafədən asılı olaraq 80-150 AZN arasında dəyişir. Qəbul olunduqdan sonra Liseylərinin avtobus xidməti ilə bunu ətraflı danışa bilərsiniz.



SUAL : Dərslər hansı saatlarda olacaq?
CAVAB: Dərs saatları səhər saat 08:45-dan 16:10-a qədər davam edir. Cümə günləri isə dərs səhər saat 08:45 - də başlayır, 15:20 - də başa çatır.



SUAL : Sizdə təhsil hansı dildədir?
CAVAB: Bizdə təhsil Azərbaycan dilindədir. Lakin İngilis dili və rus dili dərsdən əlavə məşğələlərdə tədris olunur..



SUAL : Liseydə hansı bölmələr üzrə təhsil var?
CAVAB: Liseyimizin filiallarında:

  • Ağ şəhər filialı
    • həm Azərbaycan (1-ci sinifdən 10-cu sinifə qədər bütün siniflər üzrə),
    • həm də rus ( 1, 2, 3 və 4-cü sinifdən) bölməsi üzrə qəbul var.
  • Bakıxanov filialı
    • Azərbaycan (1-ci sinifdən 11-ci sinifə qədər bütün siniflər üzrə),
    • rus bölməsi yoxdur


SUAL : Qız və oğlan bir yerdə təhsil alacaq?
CAVAB: Bəli, bizim liseydə bütün siniflərdə qız və oğlanlar bir yerdə təhsil alır.



SUAL : Liseylərinizdə yataqxanası varmı?
CAVAB: Xeyr, liseyin heç bir filialında yataqxana fəaliyyət göstərməyəcək.

 

SUAL : İmtahan tarixi nə vaxtdır?
CAVAB: İmtahan 23 aprel tarixində test üsulu ilə keçiriləcək. İmtahanda iştirak biletinin qiyməti 10 AZN-dir.



SUAL : İmtahan necə keçiriləcək?
CAVAB: İmtahanlar siniflər üzrə aşağıdakı qaydada keçiriləcəkdir:

  • 1-ci sinfə qəbul olunanlar üçün (təxminən hər bir şagird üçün 20-30 dəq. vaxt ayırılacaq)
    • 25 sualdan ibarət və şagirdin məntiqi təfəkkürünü, nitq qabiliyyətini və s. ölçən şifahi imtahan
    • Daha sonra isə fərdi müsahibə
  • 2-4-cü siniflərə qəbul olunanlar üçün
    • 23 aprel tarixində test imtahanı
    • Test imtahanından müvafiq bal toplayanlar fərdi müsahibələrə dəvət olunacaqlar. Müsahibə təxminən 20-30 dəqiqə müddətində davam edə bilər.
  • 5-10-cu siniflərə qəbul olunanlar üçün
    • 23 aprel tarixində test imtahanı
      • 50 sualdan ibarət test imtahanı
        • 20 sual Azərbaycan dili
        • 20 sual Riyaziyyat
        • 10 sual İngilis dili
      • Hər sual 2 baldır
      • İmtahan müddəti - 90 dəqiqədir.
      • 4 səhv cavab 1 düz cavabı silir
      • 100 mümkün baldan 40-dan yuxarı toplayanlar qəbul oluna biləcəklər. Burada yuxarı nəticə toplayanların sayı daha çox olsa Liseylərin qəbul planına uyğun sayda şagird götürüləcəkdir.

SUAL : İmtahanda yer tutanlara hər hansı güzəştlər nəzərdə tulurmu?
CAVAB: 23 aprel tarixindəki liseyə qəbul imtahanında siniflər üzrə güzəştlər yaxın zamanda burda elan olunacaq.

SUAL : Qəbul olunandan sonra nə etməliyəm
CAVAB: Qəbul olunandan sonrakı mərhələlər

  1. Lisey ilə müqavilənin bağlanması
  2. Avtobus xidməti ilə müqavilənin bağlanması (əgər istənilirsə)