Rəhbərlikdən mesaj


Rəhbərlikdən mesaj

Kaspi Liseyinin veb səhifəsinə xoş gəlmisiniz. Güman edirik ki, burada Sizin üçün lazım olan bütün məlumatları əldə edəcəksiniz.

Kaspi Liseyi Kaspi Təhsil Şirkətinin təsis etdiyi özəl orta məktəbdir. Burada şagirdlər 1-ci sinifdən başlayaraq 11-ci sinfə qədər təhsil alırlar. Bundan əlavə, bizdə həmçinin məktəbəqədər bölmə də fəaliyyət göstərir. Siz uşaqlarınızı 4 yaşından məktəbəqədər bölməmizə yerləşdirə bilərsiniz.

Biz inanırıq ki, hər bir şagirdin yüksək potensialı vardır. Bizim məqsədimiz şagirdlərin potensiallarını kəşf etmək və onları bu istiqamətdə inkişaf etdirməkdir. Biz iki istiqamətdə inkişafı nəzərdə tuturuq; birincisi onların əqli inkişafı, ikincisi isə sosial cəhətdən inkişafıdır. Dərsdən əlavə təşkil olunan etüd dərsləri, müxtəlif sosial və idman dərnəkləri, ekskursiyalar onların hərtərəfli inkişafına zəmin yaradır. Bütün bunlar şagirdin şəxsiyyət kimi formalaşmasına köməklik göstərəcəkdir.

Savadlı və bacarıqlı müəllim heyətimiz qarşıya qoyulan məqsədlərə çatmaq məqsədilə şagirdlərə fərd kimi yanaşıb onların potensiallarının üzrə çıxarılmasında kömək edəcək, valideynlərlə sıx əməkdaşlıq edəcəkdir.

Biz Sizi övladlarınızla birlikdə məktəbimizə dəvət edirik.

Hörmətlə,
Kaspi Liseyi rəhbərliyi