Məktəbəqədər


  

Kaspi Liseyinin nəzdində həm Bakıxanov qəsəbəsində, həm də Ağ şəhərdə Kaspi Uşaq Bağçası fəaliyyət göstərir.

Kaspi Uşaq Bağçasına qəbul orta qruplar (3-4 yaş), böyük qruplar (4-5 yaş) və məktəbə hazırlıq qrupları (5-6 yaş) üzrə aparılır.

Bağçada məktəbəqədər hazırlıq  proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır.

Kaspidə uşaqların dünyagörüşünü inkişaf etdirən ekskursiyalar, bayram tədbirləri, müsabiqələr, yarışlar və bir sıra layihələr yüksək səviyyədə təşkil edilir. 

Bağçada qidalanma gün ərzində 4 dəfə nəzərdə tutulub: səhər yeməyi, meyvə saatı, nahar və şirniyyat saatı.

Uşaqların sağlam qidalanması məqsədi ilə təbii məhsullardan və təzə ərzaqlardan hazırlanan menyu tərtib edilir və gündəlik menyuya həkim tərəfindən nəzarət edilir.

Kaspi Uşaq Bağçasında uşaqların sağlamlığına xüsusi fikir verilir. Hər gün bütün uşaqlar bağçanın həkimi tərəfindən profilaktik baxışdan keçirilir. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya işləri həyata keçirilir.

Bağçada təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, yanğından ilkin xəbərdarlıq üçün siqnalizasiya sistemi, təhlükəsizlik kameraları, gücləndirilmiş mühafizə sistemi və s. təmin edilmişdir.

 

Kaspi Uşaq Bağçası – Uğurlu gələcəyin başlanğıc nöqtəsi!