İbtidai siniflər


Kaspi Liseyində Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədris proqramı müasir təhsil və təlim metodları əsasında tədris olunur. Beynəlxalq təhsil proqramının tələb və təcrübələrinə uyğun olaraq şagirdlərimiz peşəkar və qayğıkeş müəllim heyəti tərəfindən milli şüur aşılanaraq təlim və təhsil alırlar.

Kaspi Liseyində şagirdlər  bilik əldə etməklə yanaşı, biliyi əldə etmənin və istifadənin yollarını da öyrənirlər. Məqsədimiz şagirdlərimizi milli dəyərlərə sahib, texniki inkişafi təqib və tətbiq edən, yeniliklərə asanlıqla adaptasiya ola bilən, nəticəyə yönəlik çalışan, yaradıcı və tənqidi təfəkkürə malik, hədəfi və amalı olan yeni nəslin nümayəndələri olaraq yetişdirməkdir. Liseyimizdə təhsil tam orta təhsildir.  

İbtidai təhsilin tədrisi aşağıdakı kimi aparılır : 
 

İbtidai təhsil Təhsil Nazirliyinin proqramına uyğun aparılır.
Əsas fənlərlə yanaşı 1 - ci sinifdən etibarən  həftədə 3 dəfə İngilis dili fənni tədris olunur.
İngilis dili  fənninin tədrisində şagirdlərdə dinləmə, oxuma, yazma, danışma öyrənmə bacarığını inkişaf  etdirmək məqsədləri prioritetdir.
3 - cü sinifdən etibarən  ikinci xarici dil - rus  dili tədris olunur.
Şagirdlərdə fərdi işləmə bacarığını inkişafı üçün tapşırıqların  işlənməsi saatı təşkil olunur.
Yaranan problemlərin həlli yollarını tapmaq, yeni fikir və təklifləri müzakirə etmək üçün həftədə bir dəfə sinfin təşkili saatı keçirilir.
Öyrənmənin, istirahətin və sosiallaşmanın səmərəli təşkili məqsədi ilə illik tədris proqramına uyğunlaşdırılmış ekskursiya və gəzintilər təşkil olunur.
Şagirdlərdə rəqabət ruhunu yüksəltmək, qələbə və məğlubiyyətə dözüm hissini formalaşdırmaq məqsədi ilə siniflərarası yarışlar təşkil olunur.
Zehni və fiziki yorğunluğu aradan qaldıran, öyrənmənin səmərəliliyini artıran, uşağın hərtərəfli  inkişafında əhəmiyətli rolu olan dərnəklərin fəaliyyətinin yekunu olaraq sərgilər təşkil olunur.
Tədris ilinin sonu siniflərin yekun tədbiri nümayiş olunur.
Şagirdlərin  nailiyyətləri yarımilin sonu  sosial və təhsil fəaliyyətinin nəticələrinə görə mükafatlarlandırılır.