Dəyərlərimiz


Kaspi Liseyinin dəyərləri

  • Millilik
    • Uşaqlara milli - mənəvi xüsusiyətlərin, dəyərlərin, təlim-tərbiyənin aşılanmasına yönəlmiş sistemli bir yanaşma
    • Uşaqlarda fiziki inkişafin, tərbiyənin düzgün qurulmasına xüsusi diqqətin ayrılması
  • Məsuliyyətlilik
    • Şagirdlərin şəxsiyyətinin inkişaf etdirilməsi, onlarda məsuliyyət hissinin tərbiyə edilməsi, sağlam düşüncə yaradılması
    • Hər bir şagirdə fərdi yanaşma
    • Dərsdən sonra ev tapşırıqlarının yerinə yetirilməsi zamanı çox vacib element olan fərdlərin müstəqil şəkildə öyrənməsini təmin emək.
  • Mükəmməllik
    • Yüksək keyfiyyətli biliklərin verilməsi, bacarıq və vərdişlərin formalaşdırılması
    • Nisbətən yuxarı siniflərdə şagirdlərdə bilik və bacarıqlarına uygun peşə yönümlü potensialın aşkarlanması istiqamətində xüsusi yanaşma
    • Yüksək təcrübəyə, elmi-pedaqoji və metodiki biliklərə malik olan peşəkar müəllim heyəti
  • İnnovativlik
    • Şagirdlərdə alqoritmik təfəkkürün yaradılması; onların zehni yaddaşının, diqqətinin və məntiqi təfəkkürünün inkişaf etdirilməsi
    • Müasir təhsil texnologiyalarının öyrənmə prosesində tətbiq edilməsi
    • Müasir tələblərə, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli maddi-texniki baza
  • Yaradıcılıq
    • Dərslərdən sonra təşkil olunmuş istirahət saatlarında zehni və fiziki yorğunluğu aradan qaldıran, şagirdlərin boş vaxtlarını səmərəli istifadə etmək imkanı qazandıran rəngarəng dərnəklər
    • Öyrənmənin effektini artıran, uşağın hərtərəfli  inkişafında əhəmiyətli rolu olan əlavə dərnəklərin (şahmat, musiqi, rəsm) səmərəli şəkildə tətbiqi
    • Yüksək dərəcəli idman mütəxəssisləri tərəfindən tədris edilən idman dərsləri, müxtəlif idman növləri ilə məşğul olmaq imkanı