Kitabxana


Kitabxanamızdakı kitablar məzmununa görə iki qrupa ayrılmışdır : 1. Dərs kitabları 2. Bədii kitablar.

Dərs kitabları fənlərə və siniflərə görə ayrı-ayrı kitab rəflərində yerləşdirilmişdir. Bu kitablar  “azərbaycan”, “rus ” və “ingilis” bölməsi üzrə üç yerə bölünmüşdür.       

Dərs kitablarının şagirdlərə verilməsi sinif rəhbərləri tərəfindən aparılır. Onlar kitabları hər sinifdə şagirdlərin sayına görə götürür və fənlər üzrə onlara paylayırlar.

Bədii kitablar da öz növbəsində iki qrupa ayrılmışdır:

  1. 1. Azərbaycan ədəbiyyatı.
  2. 2. Dünya ədəbiyyatı.

Bu bölgü prinsipi onların yerləşdirilməsi zamanı da nəzərə alınmışdır .

Azərbaycan ədəbiyyatı bölməsində kitablar məzmununa görə yerləşdirilmişdir. Məsələn, şifahi xalq ədəbiyyatına aid olan kitablar, şeir kitabları, həmçinin, klassik yazarların əsərləri və ibtidai siniflərin yaşına uyğun olan kitablar onlar üçün xüsusi ayrılmış rəflərdə yerləşdirilmişdir.

Kitabxanadakı bədii kitabların hər biri kodlaşdırılmışdır. Şagirdlər istədikləri kitabı götürür və kitabın kodunu bilgisayarda öz səhifələrinə yazdırırlar. Sonra isə bir həftə ərzində kitabı oxuyub geri qaytarırlar.