Kaspi Liseyinə qəbul qaydaları


  • Liseyə şagirdlərin qəbulu I - X siniflər üzrə müsabiqə yolu ilə aparılır.
  • Şagirdlərin liseyə qəbulu lisey direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir.
  • Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır və bu barədə valideynlərə (digər qanuni nümayəndələrə) əvvəlcədən məlumat verilir.
  • Liseyin I sinfinə hər il dekabrın 31-dək (31-i daxil olmaqla) 6 (altı) yaşı tamam olan, əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilir.
  • Sentyabr ayından sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu aparılmır.