Müsabiqə şərtləri


İmtahanlar siniflər üzrə aşağıdakı qaydada keçiriləcəkdir:

  • 1-ci sinfə qəbul olunanlar üçün (təxminən hər bir şagird üçün 20-30 dəq. vaxt ayırılacaq)
    • 25 sualdan ibarət və şagirdin məntiqi təfəkkürünü, nitq qabiliyyətini və s. ölçən şifahi imtahan
    • Daha sonra isə fərdi müsahibə
  • 2-4-cü siniflərə qəbul olunanlar üçün
    • Aprel ayında test imtahanı
    • Test imtahanından müvafiq bal toplayanlar fərdi müsahibələrə dəvət olunacaqlar. Müsahibə təxminən 20-30 dəqiqə müddətində davam edə bilər.
  • 5-10-cu siniflərə qəbul olunanlar üçün
    • Aprel ayında test imtahanı
      • 50 sualdan ibarət test imtahanı
        • 20 sual Azərbaycan dili
        • 20 sual Riyaziyyat
        • 10 sual İngilis dili
      • Hər sual 2 baldır
      • 100 mümkün baldan 40-dan yuxarı toplayanlar qəbul oluna biləcəklər. Burada yuxarı nəticə toplayanların sayı daha çox olsa Liseyin qəbul planına uyğun sayda şagird götürüləcəkdir.