

10+
İllik Peşəkar Tədris Təcrübəsi
Kaspi Liseyi
Haqqımızda
"Kaspi" Liseyi milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılmış özəl orta məktəbdir. "Kaspi" Liseyində şagirdlərdə var olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılmışdır.
- 3 Dildə (Azərbaycan, Rus və İngilis)
- Müasir maddi-texniki bazaya malik geniş və işıqlı dərs otaqları
- Şagirdlərin bilikləri mütəmadi sınaq imtahanları vasitəsilə yoxlanılır
“Fikrimcə, hər bir valideyn övladının mükəmməl təhsil alması üçün çalışmalıdır. Əsas məqsəd odur ki, o uşaqlar böyüyəndə cəmiyyətimiz üçün yararlı vətəndaşlar olsunlar. Hər bir valideyn istəyir ki, övladı mükəmməl təhsil verən məktəbdə oxusun. Kaspi liseyində uşaqlar özlərini evlərindəki kimi hiss edirlər. 7 ildir ki, bu ünvanı tanıyırıq və buradakı təlim-tərbiyə sistemi bizi çox qane edir”.

Uşaqların keyfiyyətli təhsil almaqla yanaşı milli-mənəvi dəyərlərə bağlı böyüməsi mənim üçün mühüm şərtlərdən biridir. Kaspi liseyi açıldığı gündən indiyədək fəaliyyətində bu istiqamətə xüsusi diqqət yetirir. Artıq 11 ildir ki, təhsil yolumuz Kaspi liseyində davam edir. Övladlarımı könül rahatlğı ilə liseyə əmanət edirəm. Çünki burada peşəkar müəllimlərin, hər bir şagirdə fərdi yanaşmanın, empatiya və dostluq mühitinin olmağına əminəm.

Hər bir valideyn kimi mənim üçün də övladımın təhsil aldığı mühit,müəllim kollektivi,şagirdlərə şəxsiyyət kimi yanaşılması çox vacibdir.Artıq birinci övladım Kaspi liseyinin 11-ci sinif şagirdidir.İkinci övladım da burada təhsil aldığı üçün sevinclidir.

Övladlarımızın təhsili bizim üçün çox önəmlidir. Bu səbəbdən Kaspi Liseyində oxuduruq qızlarımızı. Təhlükəsizliyi isə xüsusi ilə bizi arxayın edir.

“Kaspi” liseyi saysız-hesabsız fərqlilikləri olan tədris müəssisəsindən əlavə ayırca bir dünyadır. 3 övladımın bu liseydə təhsil aldığı illər ərzində həmin dünyada rahat “yaşadıqlarına” əmin olduq.
