"Kaspi" liseyində H.Əliyevin anım gününə həsr olunmuş "Tarixləşən ömür " tədbiri keçirildi


12.12.2018 tarixində “Kaspi ” liseyi Bakıxanov filialında dahi lider H.Əliyevin anım gününə həsr olunmuş “Tarixləşən ömür ” adlı tədbir keçirildi. Tədbir “Kaspi” Təhsil Şirkətinin idarə heyətinin sədri Sona xanım Vəliyevanın ulu öndərin keçdiyi ömür yolu və Azərbaycan xalqına bəxş etdikləri haqqında çox dəyərli çıxışı ilə başladı. Daha sonra şagirdlərin ifasında Z.Yaqubun poemasından “Görən torpaq bilirmi” şeir-kompozisiyası təqdim olundu. Xor kollektivinin ifasından sonra , liseydə keçirilən ,dahi liderin anım gününə həsr olunmuş “Sən dünənsən, sən bu günsən, gələcəksən” adlı inşa müsabiqəsinin qalibi ,9-cu sinif şafirdi Aysu Bayramovanın inşası dinlənildi.Qalibin diplomunu təqdim etməsi üçün və günün anlam və önəmi haqqında fikir və düşüncələrini dilə gətirməsi üçün “Kaspi” Təhsil Şirkətinin direktor müavini Aydın Əliyev kürsüyə dəvət edildi. Tədbirdə "O H.Əliyev idi" adlı səhnələşdirilmiş musiqili bədii kompozisiya şagirdlərin ifasında son çıxış oldu. Tədbirin sonunda "Kaspi" liseyinin direktoru Məhəmməd Nağıyevə söz verildi. Sonda Sona xanım Vəliyeva, Aydın Əliyev və Məhəmməd Nağıyev tədbirdə zəhməti keçən müəllim və şagird kollektivi ilə xatirə fotosu çəkdirdilər.