"Kaspi" Liseyində "Dünya Azərbaycanlılarının Həmrənglik Gününə" həsr olunmuş tədbir baş tutdu


25.12.2018-ci il tarixində "Kaspi" Liseyi Ağ Şəhər filialında "Dünya Azərbaycanlılarının Həmrənglik Gününə" həsr olunmuş tədbir baş tutdu. Tədbiri ilk olaraq “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva açdı. O şagirdlərə vətəni sevməyi, milli köklərimizə bağlı olmağı məsləhət gördü. Sonra Sona xanım sözü , tədbirimizin qonağı , filologiya elmləri namizədi, şərqşünas, yazıçı, “İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistlər Assosiasiyası”-nın sədri Fazil Güneyə (Abbasova) verdi. Fazil bəy şagirdlərimizə yeni çıxan kitabı haqqında məlumat verib, həmrəng olmağın önəmindən söz açdı. Daha sonra söz, liseyimizin digər dəyərli qonağı Yəhya bəy Əliyeva verildi. Yahya bəy şagirdlərimizlə xatirələrini bölüşüb, dəyərli məsləhətlər verdi. O, vətəni sevən insanın həmişə daha mərhəmətli olduğunu bildirdi. Tədbir şagirdlərimizin hazırladığı, bir-birini əvəz edən nömrələrlə davam etdi. Tədbirdən görüntüləri sizə təqdim edirik.