Şagirdimizin riyazi yanaşması rəğbətlə qarşılandı


28-29 yanvar tarixlərində “Kaspi”  liseyində "World Scholar's Cup" keçiriləcək.

"World Scholar's Cup" intelektual yarışı 70-dən cox ölkədə 10 ildən artıq bir vaxta təşkil olunur. Mütəmadi olaraq hər il,  regionlarda yarışa seçim turlarını təşkil etmək üçün fərqli ölkələrdə seçmə mərhələləri təşkil olunur. Yekun mərhələ olan "Global Raund" isə 6 böyük mərkəzdə, fərqli ölkələrdən olan minlərlə şagirdin iştiraki ilə keçirilir. Final mərhələsi isə ABŞ-ın Yale universitetində 6 raundun qalibləri arasında keçirilir.

Dünya alimlər kuboku müsabiqəsi şagirdlərin dünyagörüşü, bilik və qabiliyyətlərini praktiki cəhətdən inkişaf etdirməsinə köməklik göstərir. Məktəblilər aşağı və yuxarı yaş qrupları üzrə  3 nəfərlik komandalar şəklində yarışırlar. Müsabiqə 4 ayrı panel üzrə aparılır:

1. Scholar's bowl- bu stratejik və səsli bir müsabiqədir. Ümumi zalda aparılır və hər sual bir öncəkindən çətin olur

2. Collaborative writing. Verilən mövzular əsasında esselər yazılır və dəyərləndirilir

3. Scholar's challenge. Bu müsabiqədə iştirakçının bilikləri test imtahanı əsasında yoxlanılır

4. Komanda debatı.Müəyyən mövzu əsasında debat yarışı aparılır.

 

Kaspi liseyi Bakıxanov filalı artıq ard-arda ikinci ildir ki Dünya Alimlər Kuboku - nun Bakı raunduna ev sahibliyi edir. Yüksək keyfiyyətlə keçirilmiş ötən ilki turnir, bu ilki yarışa qarşıda gözləntiləri yüksəldir.

Biz də öz növbəmizdə iştirakçılara uğurlar arzu edirik.