Bir Millət, iki dövlətin dahi tarixçisi İlbər Ortaylı "Kaspi" Liseyində qonaq oldu.


Bir Millət, iki dövlətin dahi tarixçisi İlbər Ortaylı “Kaspi” Liseyində qonaq oldu.

22 may tarixində “Kaspi” Liseyi bir millət, iki dövlətin dahi yazıçısı, türk xalqlarının milli fəxri olan İlbər Ortaylını qonaq edib.
Tədbir “Kaspi” Liseyinin Bakıxanov filialında baş tutub. İlbər ortaylı ilə görüşdə həmçinin keçmiş millət vəkili, xalq sairi Sabir Rüstəmxanli , "Azəri-Türk" Qadinlar Birliyinin sədri Tənzilə Rüstəmxanli , “Kaspi” Liseyinin müəllim-şagird kollektivi və media nümayəndələri iştirak edib.
Tədbiri ilk olaraq “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona xanım Vəliyeva öz nitqi ilə açaraq İlbər bəyin yaradıcılığının əhəmiyyətindən və əsərlərinin nəinki türk xalqları, həmçinin bütün dünya xalqları tərəfindən qiymətləndirildiyini və bundan sonra da qiymətləndiriləcəyini qeyd edib.
Daha sonra söz “Kaspi” Liseyinin şagirdlərinə ötürülüb. Görüş şagirdlərin ifasında xor, “Türkün tarix səlnaməsi” səhnəsi, “Azərbaycan-Türkiyə” rəqs nömrəsi ilə davam edib. 
Sonda söz İlbər ortaylıya və ona bir-birindən maraqlı suallar ünvanlayan “Kaspi” şagirdlərinə ötürülüb.

Yekun söz keçmiş millət vəkili, xalq sairi Sabir Rüstəmxanliya verildi. O da öz növbəsində şagirdlərə yaratdığı fürsətlərə və xüsusilə bu görüşə görə başda Sona xanım olmaqla bütün “Kaspi” heyyətinə təşəkkürlərini bildirdi.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Dəvətimizi qəbul edib gəldikləri üçün başda İlbər bəy olmaqla bütün qonaqlarımıza təşəkkürlərimizi bildiririk!