Kaspi Liseyinin şagirdləri Milli Məclisdə ekskursiyada oldu


Kaspi Liseyinin şagirdləri 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə Milli Məclisə ekskursiyada oldui.
Ekskursiyada iştirak edən IX-X sinif şagirdləri Milli Məclisin plenar zalında, iclas otaqlarında, Heydər Əliyev muzeyində oldular.
Ekskursiya zamanı şagirdlərimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə görüşdü. Ziyad müəllim 18 oktyabr 1991-ci il tarixinə dair xatirələrini şagirdlərimizlə bölüşdü. Daha sonra şagirdlərimiz Ziyad Səmədzadəyə suallarını ünvanlayıb daha çox məlumat almaq imkanı əldə etdilər.
Ekskursiya zamanı şagirdlərimiz Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ağacan Abiyevlə də ünsiyyətdə olma şansı qazandılar. Ağacan müəllim şagirdlərimizə müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib, onlara öz məsləhətlərini verdi.
Muzeydə şagirdlərimiz müstəqillik dövrünə aid eksponatlarla tanış oldular.

Ekskursiyanın təşkilinə göstərdiyi dəstək və diqqətə görə başda Oktay Əsədov olmaqla bütün Milli Məclis heyyətinə dərin təşəkkürlərimizi bildiririk