Kaspi Təhsil Şirkəti Covid 19 ilə mübarizə kampaniyasına qoşuldu.


Kaspi Təhsil Şirkəti Covid 19 ilə mübarizə kampaniyasına qoşuldu.  

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək məqsədi ilə  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. 
Prezidentin öz nümunəsində göstərdiyi fədakarlığı əsas götürərək biz də öz növbəmizdə Covid 19 virusu ilə mübarizə tədbirlərinə qoşulduq.
Kaspi Liseyləri tərəfindən COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN məbləğində vəsait ayırıldı.
Xalqımıza sağlamlıq və dözüm arzu edirik! 
#bizbirlikdəgüclüyük