Prezidentə təşəkkür məktubu


Möhtərəm Cənab prezident, 
 
İlk öncə vurğulamaq istərdik ki, Sizin uzaqgörən və çevik qərarlarınız
nəticəsində ölkəmizdə COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq
məqsədilə dövlətimiz tərəfindən bütün lazımi tədbirlər həyata keçirilməkdədir. 
Dərk edirik ki, bu ümumbəşəri bəladan yalnız güclü sosial izolyasiya və verilən
tövsiyələrə ciddi əməl etməklə və milli həmrəylik nümayiş etdirməklə xilas olmaq
mümkündür. 
 
Bu pandemiya Azərbaycanda həyatın bir çox sahələrinə,  o cümlədən özəl
sektora mənfi təsir edir. Sizin tapşırıqlarınız əsasında Azərbaycan hökuməti özəl
sektorun bir çox sahələrinə dəyən ziyanı minimuma endirmək məqsədilə ardıcıl,
məqsədyönlü tədbirlər həyata keçirir. Əminik ki, pandemiyadan zərər çəkən
sahələrə verdiyiniz böyük dəstək onların mövcud vəziyyətdən zərərsiz çıxması
üçün həlledici rol oynayacaqdır.
 
Cənab Prezident, Sizə özəl təhsil sahəsində fəaliyyət göstərən, 800 nəfərə
yaxın əməkdaşı olan “Kaspi” Təhsil Şirkətinə dövlət büdcəsindən ayrılmış maliyyə
yardımına görə şirkətimiz adından xüsusi minnətdarlığımızı bildiririk. Ölkəmizdə
həyatın tezliklə öz axarına düşməsini, Azərbaycanın bu inkişaf yolunda uğurla
addımlamağa davam etməsini diləyirik. 
 
Cənab Prezident, 
Bu ağır və məsuliyyətli günlərdə Sizə və ailənizə can sağlığı və uğurlar arzulayırıq.
 
Hörmətlə, 
“Kaspi” Təhsil Şirkətinin Baş direktoru 
Elnur Əliyev
15 aprel 2020-ci il.