Emin Əmrullayev yeni Təhsil Naziri təyin edildi.


Müxtəlif vaxtlarda, Təhsil Nazirliyində Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi sektorunun və Təhsilin İnkişafı Proqramları söbələrinin müdiri, 2016-ci ildən etibarən isə Təhsil Poblemləri İnstitutunun direktoru vəzifəsində çalışmış Emin Əmrullayev, Prezident Sərancamı ilə Təhsil Naziri təyin edilmişdir. 

Qeyd edək ki, Təhsil Nazirliyində göstərdiyi fəaliyyət müddətində Emin müəllim  daim təhsilə verdiyi tövhə və islahatçı yanaşması ilə seçilmişdir.  

Kaspi ailəsi adından Emin müəllimi yeni təyinatı münasibəti ilə ürəkdən təbrik edirik. Bu məsuliyyətli yolda Emin müəllimin daim keyfiyyət standartlarını qoruyacağına və təhsilimizi zirvələrə daşıyacağına səmimi qəldən inanırıq.