Kaspinin birincilər üçün yeni vəsaiti "Hüsnxət"-Ana dilim şirindir kitabı artıq satışdadır.


 

Kaspi Nəşrlər bölməsi 1-ci siniflər üçün “Hüsnxət” kitabı nəşr etdirib. “Hüsnxət” – Ana dilim şirindir adlı dərs vəsaiti yeni hüsnxət normalarına uyğun hazırlanıb. Tərtibçilərin fikrincə,  kitabın tərtibatı azyaşlılar tərəfindən maraqla qarşılanacaq, şirin dilimizi yazıya köçürmək üçün hərflərin yazılış qaydasını öyrədəcək, düzgün yazı vərdişləri aşılayacaq, sərbəst oxu və yazı üçün onlara dəstək olacaq.  

Dərs vəsaitinin müəllifi Kaspi Liseyinin ibtidai sinif müəllimi Qurbanova Nərgiz Alışan qızı, redaktoru Kaspi Təhsil Şirkərinin İnkişaf proqramları idarəsinin direktoru İsgəndərov Əli Mahir oğludur. Kitab “Maxofset” Nəşriyyatında çap olunub.

01.11.2020-ci il tarixdə işıq üzü görən dərslik artıq satışdadır.