Kaspi-dən növbəti qürurverici addım!


 

“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək!
Dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl təhsil müəssisələrində şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.
“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində “Kaspi Liseyi” Ümumtəhsil məktəbi, “Kaspi-Kids” Uşaq Bağçası, “Kaspi Abituriyent”, “Kaspi Polyglot” və Kaspi Kids Məktəbəqədər hazırlıq müəssisələrinin hər birində 5 nəfər olmaqla toplam 25 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.
Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.
Qeyd: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 25 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların övladları üçün də yuxarıda adları qeyd olunan təhsil müəssisələri tərəfindən göstərilən şərtlər çərçivəsində 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.
Son müraciət tarixi: 25.04.2021
Qəbul imtahanı: Kaspi Liseyi - 01.05.2021-ci il / Kaspi Abituriyent hazırlıq mərkəzi - 30.04.2021-ci il