Kaspi Liseyinin "Qızıl" məzunları


İki şagirdimiz qızıl medala layiq görüldü

Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. Əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 67 nəfər isə gümüş nişanla təltif olunub. Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar. Məzunlar arasında Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin də iki məzunu var. Kaspi Liseyinin Bakıxanov filialının məzunları Bayramova Aysu Namiq qızı və  Heydərova Elanə Arif qızı qızıl medalçılar arasındadır.

Məzunlarımızı təbrik edirik!