Kaspi Liseyində " Sabir poeziyasının qığılcımı " adlı tədbir keçirilmişdir.


23 aprel 2015 – ci il tarixində Kaspi Liseyində “Sabir poeziyasının qığılcımı” adlı bədii-musiqili gecə keçirilmişdir.

Tədbiri açıq elan edən Kaspi Liseyinin şagirdləri ilk sözü söyləmək üçün kürsüyə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevanı dəvət etmişdirlər. Qonaqları və şagirdləri salamlayan Sona xanım, hörmətli şairin yaradıcılığına, ələxsus da onun yaradıcılığında türkçülüyü, milləti anlatan məqamlara toxunmuş, onun hələ Sovet dövründə necə cürətli bir gənc şair kimi fəaliyyət göstərməsindən danışmışdır. 

Ardınca, Kaspi Liseyinin şagirdləri şairin “Öz sözün ilə” şeirini ifa etmiş, müəllifin 1985-ci ildə qələmə aldığı “ Cavadxan ” poemasından kiçik bir səhnəcik nümayiş etdirmişdirlər.

Daha sonra bədii qiraət ustası Məleykə Alıqızı Sabir Rüstəmxanlının “Yol üstə” və “ Analar ağlamasın” şeirlərini , öz sufi tərzi ilə tanınan “Savalan” qrupu isə gözəl kompozisiya səsləndirmişdir. 

Azərbaycanın əməkdar artisti, bədii qiraət ustası Azad Şükürov da öz şeir töhfəsi ilə qonaqların qarşısına çıxmışdır. O Sabir Rüstəmxanlının “Bu qılınc da sənindir, baş da sənindir!” və Sona Vəliyevanın Sabir Rüstəmxanlının “Ömür kitabına” həsr etdiyi “ Sərhəd adamları” şeirlərini səsləndirmişdir.

Tədbirin son sözünü söyləmək üçün , Liseyin qonağı Sabir Rüstəmxanlı səhnəyə dəvət olunmuşdur. O şagirdlərə özünün təcrübələrindən nümunələr çəkərək onları Azərbaycanı, azərbaycan dilini sevməyə çağırmış, onlara daima kitab oxumağı tövsiyə etmişdir. Şair sonda müəllifi olduğu “ Bayraq ” şeirini də səsləndirmişdir.

Tədbirin sonunda Lisey adından Sona xanım şairə xatirə löhvəsi təqdim etmişdir.