Kaspi Liseyinin şagirdləri Londonda "Yay məktəbi" ndə...


Kaspi Liseyinin şagirdləri “ Yay məktəbləri ” proqramı çərçivəsində 2015-ci il, 12-26 iyul tarixlərində Kaspi TŞ - nin dəstəyi və təşkilatçılığı ilə Böyük Britaniyanın London şəhərində Şərqi London Universitetində ingilis dili kurslarında iştirak etmişdirlər. Bu proqram müddətində uşaqlar nəyin ki, ingilis dili biliklərini inkişaf etdirmiş, onlar həmçinin dünyagörüşlərini genişləndirəcək fəaliyyətlərdə, oyunlarda da iştirak etmişdirlər. Səfər zamanı məktəblilər paytaxtın gəzməli yerlərinə baş çəkmiş, Elm Muzeyi, Təbiət Muzeyi, Madam Tüsso kimi muzeylərdə olmuş, Temza çayında gəmi səyahəti etmişdirlər. Onlar tək Londonda olmamış, o cümlədən İngiltrənin Kembric və Brayton şəhərlərinə də səfər etmişdirlər.