"Kaspi" liseyində 15 Sentyabr - Bilik Günü qeyd olundu.


15 sentyabr - Bilik Günündə keçən il fəaliyyətə başlamış "Kaspi" liseyinin açılış mərasimi oldu. Açılış nitqini söyləyən "Kaspi" təhsil şirkətinin təsisçisi Sona Vəliyeva şagirdləri və valideynləri salamlamış, onları Bilik Günü münasibəti ilə təbrik etmiş, yeni tədris ilində şagirdlərə uğurlar arzulamışdır. Liseyin "Milli mükəmməl təhsil amalımızdır! " şüarını şagirdlərə əlllərində rəhbər tutmağı tövsiyə etmiş, müəllimlərin dediklərinə əməl etməyi məsləhət görmüşdür.
Ardınca Tədbirin bədii hissəsi başlamış, şagirdlər müxtəlif şeir, rəqs və s. nümunələri nümayiş etdirmişdir.

Tədbirin bağlanışını elan edən Liseyin direktoru Tural Əliyev də öz növbəsində şagird və valideynləri təbrik etmiş, şagirdlərə 2015/2016-cı tədris ilində yeni-yeni müvəfəqiyyətlər arzu etmişdir.