"Kaspi" liseyinin "Ağ şəhər" filialının açılış günü


Daha bir "Kaspi" Liseyi Xətai rayonunda fəaliyyət göstərəcək.
Bu gün, 15 sentyabr - Bilik Günündə " Kaspi " təhsil şirkətinin daha bir liseyi açıldı. Sayca ikinci olan 
" Kaspi " liseyi paytaxtımızın Xətai rayonunda yerləşir. Liseydə 2014/2015 - ci tədris ili üçün 8 - ci siniflər də daxil olmaqla, 1-ci sinifdən 9 - cu sinfə qədər 200 - dən bir qədər çox şagird təhsil alacaq. Onu da qeyd edək ki, " Kaspi " liseyinin Bakıxanov mərkəzində olduğu kimi burada da, liseyin daxilində "Kaspi" uşaq bağçası yerləşir hansı ki, bu da Xətai rayonunda yaşayan azyaşlı övladları olan valideynlərə çox əlverişli imkan yaradacaq.

Liseyin açılış nitqini söyləyən " Kaspi " təhsil şirkətinin təsisçisi Sona Vəliyeva azərbaycan xalqına bir şirkət olaraq məhz təhsil sahəsində xidmət göstərməkdən məmnunluğunu bildirmiş, həmçinin, dövlətin yürütdüyü təhsil siyasətinə dəstək olmağın qürurverici bir hal olmasını da qeyd etmişdir. 
Liseyin açılış günüdə iştirak etmiş bir sıra ziyalılar - Tarix elmləri doktoru, professor Yaqub Mahmudov, AR Milli Məclisinin deputatı Səttar Mehbalıyev, Tarix elmləri doktoru Musa Qasımlı, yazıçı, millət vəkili Hüseynbala Mirələmov və Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Rafiq Quliyev - söz demək üçün bir-birinin ardınca kürsüyə çıxmışdırlar. 

Çıxış edən natiqlər şirkət kollektivini və vətandaşları təbrik etmiş, respublikamızda həm milli, həm də beynəlxalq dəyərləri özündə daşıya bilən bir ümumtəhsil orta məktəbinin fəaliyyət göstərəcəyi üçün çox məmnun olduqlarını bildirmişdirlər.

Ardınca liseyin şagirdləri bir-birindən maraqlı şeir, musiqi və rəqs nömrələri nümayiş etdirmişdirlər.
Tədbirin sonunda çıxış edən " Kaspi " liseyinin direktoru Asif Əzizov gələn şagirdləri, valideynləri, iştirak edən qonaqları salamlamış, onlara belə bir gündə göstərdikləri mənəvi dəstək üçün öz təşəkkürünü bildirmişdir. 

Sonda gələn qonaqlar yeni açılmış məktəblə - sinif otaqları, fənn laboratoriyaları, sosial fəaliyyətlər üçün nəzərdə tutulmuş otaqlarla tanış olmuşdurlar.