"Kaspi" liseyində "Bayraq bayramı" tədbiri 6.11.2015


              
      

             
 

             
 

             
 

             

  
6 Noyabr 2015 –ci il tarixində “Kaspi” liseyində(Bakıxanov) Azərbaycan Respublikasının Bayraq günü münasibəti ilə “Şərəfim , şanım , üç rəngli bayrağım” adı altında tədbir keçirilmişdir. Tədbirdə “Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin birinci  müavini, hüquq elmləri namizədi, professor Ziyafət Əsgərov , “Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev, “Kaspi” təhsil şirkətinin direktor müavini Elşən Əliyev, “Kaspi” liseyinin(Xətai) direktoru Asif Əzizov iştirak etmişdirlər.
 
Tədbirin açılış nitqini söyləyən  “Kaspi” təhsil şirkətinin təhsisçisi Sona Vəliyeva tədbirdə iştirak edənləri salamlamış və Ziyafət Əsgərova tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirmişdir. Nitqini davam edən Sona Vəliyeva : Bu gün həm müstəqillik gününü, həm bayraq gününü , həm də konstitutiya gününü dövlət atributları olduğu üçün üç bayramımızı birgə keçiririk. Hörmətli Ziyafət müəllim bu gün sizin burdakı çıxışınız konstitutiya haqqında , bayraq haqqında çıxışınız bizim üçün bir milli yaddaş dərsi olacaq. Bir bayraq bir xalqın , bir millətin həm də taleyidir. Həm qəmli taleyidir, həm sevinc taleyidir, həm onun şanlı zəfər taleyidir.Və bütövlükdə bir millət bir xalqın keçdiyi tarixi proseslər nəticəsində onun zəfərinin ucaltdığı bir atrebutdur. Ona görədə bayraq bir xalqın dövlət rəmzidir. Biz öz bayragımızı ucaldana qədər böyük bir tarixi proses keçmişik. Hər bir bayraq, hər bir dövlət qurulmalıdır ki, onun bayrağı olsun . Dövlət varsa mütləq onun bayrağı olmalıdır.  19 cu əsrin axırlarından  , xüsusi ilə 70 –ci illərdən başlayaraq Azərbaycan xalqının milli şüurunun oyadılmasında , milli azadlıq mübarizəsinin başlanğıcında , milli mücahidlərin yetişdirilməsində cox vacib proses idi. Bunun üçün ilk növbədə təhsil lazım idi.Ona görədə  o  vaxt milli şüurun oyadılmasında böyük rol oynayan mücahidlərin əksəriyyəti xarixdə təhsil alıb gəlmiş, Rusiyada , Fransada , Almaniyada, demokratik prosesləri görən , o azadlıq mübarizəsini görən insanlardılar. Və onlar öz təhsillərinin qeydinə qalmaqla bir tərəfdən də , eyni zamanda təhsildən çixiş edərək öz ölkələrinə qayıdanda xalqının ,millətinin oyanışı , onun dövlətinin yaranması Topçubaşovun da dediyi kimi “İstiqlala qovuşması” və azad yaşaması üçün mübarizə aparmışdırlar. Bu çox vacib bir məsələ idi. Sizin indi adını daşıdığı liseydə oxuduğunuz “Kaspi” qəzeti böyük bir beyin mərkəzi idi. Bu qəzetdə yazıları çıxan Məhəmməd Şaxtatlı, həmçinin 1991-ci ildə 9 ay müddətinə “Kaspi” qəzetinə rəhbərlik etmişdir. Heç kimin ağlına gələ bilməzdiki o senzuranı ələ ala bilər ,Volqa boyu yaşayan bütün xalqlar krım tatarları idi.Bizidə onların içinə qoşaraq azərbaycanlı yox, krım tatarları deyirdilər.Amma görün biz harda yaşayırıq , krım tatarları harda yaşayır.Bizə tatar demək nə qədər tarixin ədalətsizliyidir!Məhəmməd Şaxtatlı milli mücahid idi , o hansı yolla isə “Kaspi” qəzetini ələ aldı 1991 –ci ildə yanvar ayı nömrəsində : “Azərbaycan dilini , azərbaycan dili adlandırmalı , və ümumiyyətlə Azərbaycanda yaşayan xalqları isə azərbaycanlı adlandırılmalıdır!” belə bir yazısı çıxmışdır.Və bu yazıdan sonra böyük bir müzakirələr başladı. Həmin yazıdan sonrada onu redaktorluqdan götürdülər. Biz indi deyirik ilk müsəlman redaktor Əli Mərdan bəy Topçubaşovdur , amma 9 ay müddətində Məhəmməd bəy Şaxtatlı olmuşdur. Həmçinin həmin qəzetdə Əhməd Ağaoğlu , Əli bəy Hüseynzadə  yüzlərlə belə insanların adını saya bilərik ki, bunlar hər biri milli azadlıq hərakatında böyük rol oynamış, sonralar Azərbaycan Xalq cümhuriyyətinin yaranmasında ideaolaji olaraq cəbhənin qələbə çalmasında onların çox böyük əməkləri var. Onların hər birinin adını siz ürəyininzin başına yazmalısınız. Çünki bu gün ki, dövlətçilik tariximizin ənənəsi məhz o kişilərdən gəlir. Siz onları unutmamalısınız.
İllər sonra ulu öndər Hedər Əliyev  Naxçıvana Ali məclisin sədri seçiləndə 1990 –cı il noyabr ayında ulu öndər ürəynin başında gizlətdiyi o fikirlər, dövlətçilik siyasəti, hələ Bakıda bilirsiniz qırğınlar, və Naxçıvan Muxtar Respublikasında bayrağı kimi həmin bayrağı qəbul etdirmək haqqında qərar verdi. Biz illər keçdikdə yaşımızın üsdünə yaş gəldikdə , nəyəsə təəssüfləndikdə bu hadisələri görmüşük , və o səslərdə indi də  qulaqlarımızda olduğuna görə çox xöşbəxt hiss ediriy özümüzü.
Bizim dövlətçilik ənənələrimizi ulu öndər davam etdirmişdir. Və indidə bilirsiniz, öndərimizin davamçısı İlham Əliyev şərəflə davam elətdirir. 2007 –ci ildə Bayraq Meydanının inşası haqqında sərəncam imzalandı. 2009 –cu ildə Bayraq günü Dövlət Bayrağı bayramı günü kim qeyd edilməlidir kimi sərəncam imzalandı və 125-ci maddə ilə qeyri iş günü qeyd olundu. 2010-cu ildə Bayraq meydanının, və həmçinin bayraq müzeyinin böyük bir tikilişi istifadəyə verildi. Və bu gün bütün proseslərdən nəticə çıxararaq  mən son fikrimi deyirəm ki, doğurdan da bayraq bir millətin taleyidir, bayrqa uğrunda ölmək şəhid olmaq böyük bir fəxarətdir ki, hətda Quranda da şəhidin yeri Cənnətlə müjdələnir.
Və sonda “Vətəni qorumaq üçün , Bayrağı qorumaq lazımdır”! deyə Sona xanım Vəliyeva fikrini tamamladı.
  Tədbirin davamında “Kaspi” liseyinin şagirdləri öz şeir ifaları ilə çıxışlar etdilər.
 

Sonra isə kürsüyə  Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin birinci  müavini, hüquq elmləri namizədi, professor Ziyafət Əsgərov dəvət olundu.
  İlk öncə hər kəsə təşəkkürünü bildirdi. Belə gözəl bir tədbirdə iştirak etdiyinə görə , tədbirə dəvət olunduğuna görə Sona xanıma təşəkkürü bildirdi, çox məmnun olduğunu qey etdi. Doğurdanda 9 Noyabr bizim taleyimizdə çox müqəddəs bir gündür. Sona xanımda çox ətraflı, maraqlı , gözəl nitq söylədi mən özumdə çox məlumatları öyrəndim. Və Sona xanıma minnətdarlığını bildirdi. Və məsələni hüquqi , konstitutiya akspektindən bayraq, dövlət gerbi,azərbaycan dili, və dövlət himni fenomenləri haqqında  fikirlərini bölüşdü. Ilk növbədə 1990 –ci il noyabr ayının 17 –də Naxçıva Muxtar Respublikasında Heydər Əliyevin təşəbbüsü ilə Dövlət bayrağı qəbul edilmişdir. Bunların hamısının Azərbaycan Dövlətinin suverenliyinin və müstəqilliynin simvoludur. Bayraq dedikdə sadəcə  rəngli parçadı, üç rəngli adi bir şey nəzərdə tutulmamalıdır, Bayraq hüquqi bir fenomendir. Onun fenomenliyi Azərbaycan Respublikasının suverenliyini və  müstəqilliyini simvolizə etməsidir! Ziyafət həmçinin ana dilimiz, konstitusiyamız, gerbimiz , himnimiz, haqqında hüquqi tərəfdən fikirlərini ətraflı şəkildə bildirmişdir. Və şagirdlərmizə təhsillırinə ciddi yanaşmagı, yaxşı oxumağı, və bayrağımızı daima ucalarda tutmağı nəsihət etmişdir. Və sonda fikrini “Oxumaq , oxumaq , yenə də oxumaq” deyə bitirmişdir.
Sonra “Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev Ziyafət Əsgərova tədbirdə iştirak edib, öz tövhələrini bölüşdüyünə görə təşəkkürünü bildirmişdir.

Tədbirin sonunda “Kaspi” liseyinin şagirdləri maraqlı, göstərişli səhnəciy ilə çixış etmişdirlər.