"Kaspi"Liseyində Tural Bədirxanlı ilə görüş 08.01.2016


“Kaspi” liseyində şagirdlərimizin təhsil almaları ilə yanaşı, onların dünya görüşünü artırmaq, ətrafımızda baş verən hadisələrə düzgün münasibət göstərmək, bilik və bacarıqlarına uyğun peşəyönümlü potensialın aşkarlanması və onların istiqamətləndirilməsi məqsədi ilə bir sıra görüşlər keçirilir.

   Belə görüşlərdən biri də 8 yanvar 2016-cı il tarixində baş tutmuşdur. Belə ki, əvvəllər “AdMob”, “Google” kimi nüfuzlu şirkətlərdə çalışmış və hazırda “Twitter” şirkətində mühəndis çalışan, ”Namomedia” şirkətinin (2014-cü ildə “Twitter” şirkəti bu şirkəti almışdır) həm-təsisçisi Tural Bədirxanlı liseyimizin qonağı olmuşdur.

  Tural Bədirxanlı hər iki liseydən iştirak edən şagirdlərlə səmimi söhbət aparmış, onlara keçdiyi uğurlu yolun çətinlikləri və bu yola aparan nailiyyətlər barədə danışmış və şagirdlərin suallarını cavablandırmışdır.

 Bizdə “Kaspi” liseyi olaraq qürur duyduğumuz soydaşımıza uğurlarının davamını diləyir, Azərbaycanın fəxri olaraq daha gözəl işlərə imza atmasını arzulayırıq.