Xarı Bülbül - Xeyriyyə məqsədli əl işləri və rəsm sərgisi uğurla keçdi.


11 iyun 2016-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Xarı Bülbül” adlı əl işləri və rəsm əsərlərindən ibarət xeyriyyə sərgisi keçirilmişdir. Sərgi “Kaspi” liseylərinin təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə “Kaspi” liseylərində təhsil alan 8-12 yaş arası uşaqların hazırladıqları milli əlbisələr, əl işləri və rəsm əsərləri nümayiş olunmuşdur. Sərginin açılış nitqini söyləyən “Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva dəvət olunan və öz təşəbbüsü ilə gələn bütün qonaqları salamlamış, onlara şirkət adından öz təşəkkürünü bildirmişdir. Sərgidə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komtiəsinin rəhbərliyi, Milli Məclisin deputatları və tanınmış ictimai-siyasi xadimlər iştirak etmişdirlər. Çıxış edən dəvətlilər ölkəmizdə şagirdlərə həm xeyriyyəçilik hissinin aşılanması, həm də onlarda yaradacılığa olan həvəs və qabiliyyətlərin yüksəldilməsi məqsədil ilə atılan hər bir addımı təqdir etdiklərini və dəstəklədiklərini vurğulamışdırlar. Bundan sonra şagirdlərin özləri tərəfindən hazırlanmış milli geyim modelləri nümayiş olunmuşdur. Sonda qırmızı lentin kəsilməsi ilə sərgi gələnlər üçün açıq elan edilmişdir. Qeyd olunmalıdır ki, sərgidə ümumilikdə 256 iş nümayiş olunurdu və hamısı satışa çıxarılmışdı. Satışdan əldə olunan gəlir isə ənənəyə sadiq olaraq xeyriyyə məqsədilə ilə xərclənəcək.