5 iyun – Ümumdünya Ətraf Mühit Günü.


BMT Azərbaycan Nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi birlikdə 5 iyun – Ümumdünya Ətraf Mühit Gününü rəsm müsabiqəsi keçirərək qeyd etmişdir. Rəsm müsabiqəsinin mövzusu “Ətraf mühit və insan sağlamlığına məişət tullantılarının mənfi təsirlərini azaldaq” olmuşdur, hansı ki, 7-10 yaşlı uşaqların çəkdikləri rəsm işləri bu müsabiqədə nümayiş olunurdu.
Müsabiqəyə təqdim olunan 120 nümunədən 38-i müsabiqədə iştiraka haqq qazanmış, onlardan 7-i isə “Kaspi” Liseylərinin şagirdlərinin çəkdikləri rəsm işləri olmuşdur. 2 şagirdimiz – Nihad Quliyev və Nazlı Orucovanın rəsmləri birinci yerə layiq görülmüş, digər 3 şagirdimiz isə həvəsləndirici mükafatlar almışdırlar. 

Nazlı Orucova, 8 yaş

Nihad Quliyev, 10 yaş