Kaspi Liseyi haqqında


"Kaspi" Liseyi milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılmış özəl orta məktəbdir.

"Kaspi" Liseyində şagirdlərdə var olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılmışdır. "Kaspi" Liseyində intellektual, özünə inanan, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün xüsusi təlim-təhsil mühiti mövcuddur. Belə bir mühit və zənginləşdirilmiş təhsil proqramları şagirdlərimizin yaradıcı və tənqidi təfəkkürünün formalaşmasına, nəticədə isə cəmiyyətdə özünə mövqe tuta biləcək müstəqil şəxsiyyətlərin yetişdirilməsinə də zəmin yaratmış olur.

Məktəb beynəlxalq təhsil proqramları və təcrübələrindən yararlanaraq, dövlət standartlarına əsaslanan tədris planı və müvafiq tədris prosesini təşkil edir. Tədris 2 dildə - azərbaycan və rus dillərində keçirilir. Tədris müddətində ikinci dil olaraq ingilis dilinə xüsusi önəm verilir.

Müasir maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları, zəngin kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələr ilə təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.