Tədris proqramı

Tədris

Kaspi Liseylərində tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə təşkil edilmişdir. Liseyin Tədris Proqramı şagirdlərin bilikləri ilə yanaşı XXI əsr bacarıqlarını da inkişaf etdirməyə yönəldilmişdir:

I-IV siniflər üzrə:

  • Tədris Milli Kurikulum əsasında aparılır;
  • Təlim prosesi şagirdlərin XXI əsr bacarıq və səriştələrinin inkişaf etdirilməsinə yönəlmişdir;
  • İngilis dili intensiv olaraq beynəlxalq Cambridge (Kembric) proqramı əsasında tədris olunur;
  • Şagirdlər ildə 1 dəfə ingilis dili üzrə beynəlxalq Kembric (Cambridge) sertifikatı əldə etmək üçün imtahanda iştirak edirlər;
  • I-II siniflərdə STEAM dərsləri həftədə 2 dəfə olmaqla VEX Robotika kurikulumu əsasında STEMART Tədris Mərkəzi tərəfindən keçirilir;
  • İnformatika fənni bir neçə proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum üzrə tədris olunur;
  • Şagirdlərin hərtərəfli inkişafı üçün robotiks, idman akademiyası, musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir;

Günün ikinci yarısında ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur.

V-VIII siniflər üzrə:

  • V-VI siniflərdə STEAM dərsləri həftədə 2 dəfə olmaqla VEX Robotika kurikulumu əsasında STEMART Tədris Mərkəzi tərəfindən keçirilir;
  • İnformatika fənni bir neçə proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum üzrə tədris olunur;
  • Şagirdlərin hərtərəfli inkişafı üçün robotiks, idman akademiyası, musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir;
  • Xüsusi istedadlı şagirdlərin beynəlxalq, respublika fənn və layihə olimpiadalarına hazırlığı təşkil olunur.

Günün ikinci yarısında ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur.

IX-X siniflər üzrə:

  • Tədris Milli Kurikulum əsasında aparılır;
  • Şagirdləri seçdikləri ixtisas üzrə texniki və humanitar yönümlü qrupularda tədrisə cəlb olunurlar;
  • Buraxılış və ali məktəblərə qəbul imtahanlarına DİM-in proqramı əsasında xüsusi hazırlıq təşkil olunur;
  • Şagirdlərin bilikləri mütəmadi Sınaq imtahanları vasitəs ilə yoxlanılır;
  • Xaricdə təhsil almaq istəyən şagirdlər üçün əlavə hazırlıq proqramları (SAT, TOEFL, IELTS, YÖS) təşkil olunur;
  • Xüsusi istedadlı şagirdlərin beynəlxalq, Respublika fənn müsabiqəsi və layihə olimpiadalarına hazırlığı təşkil olunur;

Rus bölməsi üzrə:

  • Tədris Milli Kurikulum əsasında aparılır;
  • Rus dili və rus ədəbiyyatı Rusiyanın qabaqcıl proqramları əsasında tədris olunur;
  • İngilis dili intensiv olaraq beynəlxalq Kembric (Cambridge) proqramı əsasında tədris olunur;
  • İngilis dili ilə yanaşı II xarici dilin tədris proqramına əlavə olunması planlaşdırılır;
  • Şagirdlər ildə 1 dəfə ingilis dili üzrə beynəlxalq Kembric (Cambridge) sertifikatı əldə etmək üçün imtahanda iştirak edirlər;
  • İnformatika fənni bir neçə proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum üzrə tədris olunur;
  • I-II siniflərdə STEAM dərsləri həftədə 2 dəfə olmaqla VEX Robotika kurikulumu əsasında STEMART Tədris Mərkəzi tərəfindən keçirilir;
  • İnformatika fənni bir neçə proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum üzrə tədris olunur;
  • Şagirdlərin hərtərəfli inkişafı üçün robotiks, idman akademiyası, musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir;

Günün ikinci yarısında ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur;

Bir sinifdə şagird sayı maksimum 16-20 nəfərdir.

Dərs saatları (Azərbaycan və rus bölmələri):

Həftənin bazar ertəsi - cümə axşamı günləri, saat 08:30-16:00.

Cümə günləri, saat 08:30-15:00.

İngilis bölməsi (beynəlxalq bölmə)

I, II və III siniflər üzrə tədris proqramına aşağıdakılar daxildir:

  • Tədris Kembric (Cambridge) kurikulumu əsasında aparılır;
  • Əsas fənlər (Math, Phonics, Science, Social Studies, English) ingilis dilində tədris olunur;
  • Azərbaycan və rus dili fənninin tədrisi Milli Kurikulum əsasında aparılır;
  • İnformatika (Kompyuter) fənni xüsusi proqram əsasında tədris olunur;
  • Şagirdlərin məntiqi analiz etmə və riyazi mühəndislik qabiliyyətlərini inkşaf etdirmək üçün STEM dərsi tədris olunur;
  • Sosial bacarıqların inkişafı üçün musiqi, rəqs, incəsənət (Art) və dram dərsləri keçirilir;
  • Günün ikinci yarısında müxtəlif idman növləri (şahmat, futbol, basketbol, gimnastika) üzrə dərnəklər təşkil olunur;

Ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur.

Bir sinifdə şagird sayı maksimum 16-20 nəfərdir.

İngilis bölməsində dərs saatları:

Bazar ertəsi - cümə günü, saat 8:30-17:00.