Bizə ünvanlanan suallar və cavabları


SUAL : Kaspi Liseylərində təhsil ödənişlidir?

CAVAB: Bəli, Kaspi Liseylərində təhsil ödənişlidir.

İllik təhsil haqqları aşağıdakı kimidir:

 

Bakıxanov filialı:

I – IV siniflər (Azərbaycan bölməsi) – 6400 AZN

V – XI siniflər (Azərbaycan bölməsi) – 6900 AZN

I – IV siniflər (Rus bölməsi) – 7400 AZN

V – XI siniflər (Rus bölməsi) – 7900 AZN

 

Ağ şəhər filialı:

I – IV siniflər (Azərbaycan bölməsi) – 6900 AZN

V – XI siniflər (Azərbaycan bölməsi) – 7400 AZN

I – IV siniflər (Rus bölməsi) – 7900 AZN

V – XI siniflər (Rus bölməsi) – 8400 AZN

 

İngilis bölməsi (Beynəlxalq məktəb):

Məktəbəqədər (5-6 yaş) – 6200 AZN

1-2 ci siniflər – 8800 AZN

 

SUAL : Təhsil haqqına nələr daxildir?

CAVAB: Təhsil haqqına aşağıdakılar aiddir:

-Məktəbli forması;

-Dərsliklər; (ingilis dili bölməsi daxil deyil)

-Qidalanma;

-Ekskursiyalar; (şəhər xarici ekskursiyalar daxil deyil)

-Beynəlxalq və respublika olimpiadalarına hazırlıq;

- Ali məktəblərə və buraxılış imtahanlarına xüsusi hazırlıq;

-Dərsdən kənar məşğələ və dərnəklər.

 

Sual: Təhsil haqqı hansı formada həyata keçirilir?

Cavab: Təhsil haqqının ödənilməsi aşağıdakı kimi həyata keçirilir:

Hissəli ödəniş

İlkin ödəniş olaraq Təhsil haqqının 40%-i ödənilir, qalıq məbləğ 6 aya bölünür və ən geci martın 5-dək tamamlanmalıdır.

 

Tam ödəniş

1 illik təhsil haqqını tam ödəyənə 250 manat endirim verilir.

Qeyd: Ümumi təhsil haqqınının 40% və daha artıq cəmi endirim almış şagirdlər tam ödəniş endirimindən yararlana bilməz.

 

SUAL : Təhsil haqqına hər hansı endirim və ya güzəştlər nəzərdə tutulurmu?

100% təqaüd (güzəşt) imkanları

Hər ilin əsasən aprel ayında keçirilən ümumi qəbul imtahanlarında yüksək nəticə əldə edən şagirdlərə tətbiq edilir.

Qeyd: Kaspi Liseylərinə keçirilən ümumi qəbul imtahanlarında VII-X sinif şagirdin əldə etdiyi nəticə 95 %-dən yuxarı olmalıdır və əlavə müsahibə mərhələsini uğurla keçməlidir. Bu təqaüddən Bakıxanov və Ağ Şəhər liseyləri üzrə ümumilikdə 2 nəfər yararlana bilər. Cari ildə Kaspi Liseylərində təhsil alan şagirdlərin də bu təqaüddən istifadə etmək hüququ vardır. Onlar da bu təqaüdü qazanmaq üçün eyni şərtləri ödəməlidirlər.

Həmin qəbul imtahanlarında 85 %-dən yuxarı nəticə əldə edən VII – X sinif şagirdləri tutduqları yerlərdən asılı olaraq 1000 manatdan 3000 manatadək təhsil haqqı endirimi qazanırlar.

 

Olimpiada təqaüdləri

Respublika fənn olimpiadalarında 1-ci yeri tutmuş şagirdlər təhsil haqqından 100% azad olurlar, 2-ci və 3-cü yeri tutmuş şagirdlər isə təhsil haqqına 75% endirim əldə edirlər.

Respublika fənn müsabiqələrində 1-ci yeri tutan şagirdlər təhsil haqqına 75% endirim, 2-ci və 3-cü yerləri tutan şagirdlər isə təhsil haqqına 50% endirim əldə edirlər.

Qeyd: Cari ildə Kaspi Liseylərində təhsil alan şagirdlərin də bu təqaüddən istifadə etmək hüququ vardır. Onlar da bu təqaüdü qazanmaq üçün eyni şərtləri ödəməlidirlər.

 

Qarabağ veteranları və şəhid ailələri endirimləri

Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin övladlarına təhsil haqqına 20 % tətbiq olunur.

 

Kaspi Kids və Kaspi Uşaq Bağçası endirimi

Kaspi Kids – Məktəbəqədər hazırlıq mərkəzlərini və Kaspi Uşaq Bağçalarını  bitirərək Kaspi liseylərinə 1-ci sinfə qəbul olan şagirdlərin ümumi təhsil haqqına 200 (iki yüz) manat endirim tətbiq edilir.

Qeyd: Bu endirim Kaspi Kids mərkəzlərində və Kaspi Uşaq Bağçalarında ən az 7 (yeddi) ay təhsil alaraq Sertifikat qazanmış məzunlara şamil edilir.

Kaspi Liseyinin İngilis bölməsində (Beynılxalq məktəbdə) məktəbəqədər hazırlıq bölməsini bitirərək 1-ci sinfə qəbul olan şagirdlərin ümumi təhsil haqqına 500 (beş yüz) manat endirim tətbiq edilir.  (Bu endirim yalnız ingilis bölməsinə müraciət edənlərə şamil edilir.)

 

Ailə endirimi

Kaspi Liseyinə 1 ailədən 2 və daha artıq şagird qeydiyyatdan keçərsə, 2 ci şagirdə 10%, 3 cü şagirdə 20% və bu ardıcıllıqla hər növbəti şagird üçün əlavə 10 % olmaqla endirim tətbiq edilir.

Qeyd: Ailə endirimi və Kids endirimi 1 şagird üçün eyni anda tətbiq edilə bilməz. Daha yüksək endirim valideyn tərəfindən seçilir.

 

SUAL: Kaspi liseylərində təhsil almaq üçün necə müraciət etmək olar?

 CAVAB: Kaspi Liseylərinə müraciət etmək istəyənlər hal-hazırda aşağıdakı linkə daxil olaraq Onlayn formada qeydiyyatdan keçə bilərlər:

www.kaspi.edu.az/lisey2020

 

Sual: Kaspi Liseylərinə hansı bölmələr və siniflər üzrə qəbul həyata keçirilir?

CAVAB: Liseylərimizə siniflər və bölmələr üzrə qəbul filiallar üzrə fərqlənir:

 

Ağ şəhər filialı:

  • Azərbaycan bölməsinə 1-ci sinifdən 11-ci sinifə qədər
  • Rus bölməsinə isə I sinifdən VII sinifədək (7-ci sinif də daxil olmaqla)

 

Bakıxanov filialı:

  • Azərbaycan bölməsinə 1-ci sinifdən 11-ci sinifə qədər
  • Rus bölməsinə isə I və II siniflər üzrə

 

İngilis bölməsinə (Beynəlxalq məktəb):

  • Məktəbəqədər yaşlı uşaqlar
  • I və II siniflər üzrə

 

SUAL: Qəbul prosesi hansı mərhələlər üzrə həyata keçirilir?

CAVAB: Qəbul prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir.

  1. Onlayn müraciət (www.kaspi.edu.az/lisey2020)
  2. Qəbul imtahanı (ödənişlidir)
  3. Müsahibə
  4. Müqavilə

 

SUAL : Müraciət üçün hansı sənədlər tələb olunur?

CAVAB: Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

1. Müraciət forması (liseydə doldurulacaq)

2. Şagirdin doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti

3. Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti

4. Sağlamlıq haqqında arayış (yalnız I siniflər üçün)

5. Dörd ədəd fotoşəkil (3x4 sm ölçüdə)

 

SUAL: Liseyin Qəbul imtahanının tarixi nə vaxtdır?

CAVAB: Qəbul imtahanları adətən aprel ayının 2-ci yarısında təşkil olunur. Bu il isə Covid 19 pandemiyası ilə əlaqədar olaraq aprel ayında keçirilməli olan Qəbul imtahanı təxirə salınıb və imtahanın tarixi xüsusi karantin müddəti bitdikdən sonra ictimaiyyətə elan olunacaq.

 

SUAL : Qəbul imtahanı hansı formatda həyata keçirilir?

CAVAB: İmtahanlar siniflər üzrə aşağıdakı qaydada keçirilir:

I sinfə qəbul 2 mərhələlidir:

  • 1-ci mərhələ 10 tapşırıqdan ibarət yazılı imtahan;
  • 2-ci mərhələ qrup işi, cütlərlə iş və şagirdin məntiqi təfəkkürünü, nitq qabiliyyətini ölçən fərdi görüş

 

II-XI siniflərə qəbul da 2 mərhələlidir:

  • 1-ci mərhələ əvvəlki tədris proqramını yoxlanılması məqsədi ilə test formasında keçirilir və bu mərhələni uğurla keçənlər 2-ci mərhələyə dəvət olunur.
  • 2-ci mərhələ fərdi müsahibə formasında təşkil edilir.

İmtahanlardan uğurla keçən şagirdlər liseyə qəbul olunur və həmin şagirdlərin valideynləri müqavilə imzalamağa dəvət olunur.

 

SUAL: Qəbul imtahanın keçid balı nə qədərdir?

CAVAB: Qəbul imtahanının keçid balı həmin ilin imtahan nəticələrinə əsasən təyin olunur.

 

SUAL : Kaspi Liseylərində hansı dillərdə təhsil almaq mümkündür?

CAVAB: Kaspi Liseylərində Azərbaycan, rus və ingilis bölmələri üzrə təhsil almaq mümkündür.

 

SUAL : Bir sinifdə maksimum neçə şagird təhsil alır?

CAVAB: Siniflər 16-20 nəfərlikdir.

 

SUAL : Dərslərin hansı saatlarda başlayır və bitir?

CAVAB: Azərbaycan və rus bölmələri üzrə dərslər saat 08:30-dan 16:00-a qədər davam edir. Cümə günləri isə dərslər saat 08:30 - da başlayır və 15:00 - da başa çatır.

İnglis bölməsində isə dərslər Bazar ertəsindən Cümə gününədək

hər gün saat 8:30-da başlayır və 17:00-da bitir.

 

SUAL: Kaspi liseyində tədris necə təşkil olunur?

Kaspi liseyində tədris proqramı şagirdlərin bilikləri ilə yanaşı 21-ci əsr bacarıqlarını da inkişaf etdirməyə yönəlmişdir.

 

I-IV siniflər üzrə:

  • Tədris milli kurikulum əsasında keçirilir;
  • İngilis dili fənni beynəlxalq Kembric (Cambridge) proqramı əsasında aparılır;
  • Şagirlər ildə 1 dəfə beynəlxalq Kembric (Cambridge) sertifikat imtahanlarında iştirak edir;
  • İnformatika fənni xüsusi proqram əsasında tədris olunur;
  • Günün ikinci yarısında ev tapşırıqlarının həll olunması və möhkəmləndirmə dərsləri təşkil olunur;
  • Şagirdlərin hərtərəfli inkişafı üçün dərsdən sonra STEM, idman və incəsənət dərnəkləri təşkil olunur.

 

V-VIII siniflər üzrə:

  • Tədris milli kurikulum əsasında keçirilir;
  • İngilis dili fənni beynəlxalq Kembric (Cambridge) proqramı əsasında aparılır;
  • Şagirdlər ildə 1 dəfə beynəlxalq Kembric (Cambridge) sertifikat imtahanlarında iştirak edir;
  • İnformatika fənni “Kodlaşdırma və proqramlaşdırma” dilləri kimi xüsusi proqramlar  əsasında tədris olunur;
  • Günün ikinci yarısında ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur;
  • Şagirdlərin hərtərəfli inkişafı üçün dərsdən sonra STEM, idman və incəsənət dərnəkləri təşkil olunur;
  • Xüsusi istedadlı şagirdlərin beynəlxalq, respublika fənn və layihə olimpiadalarına hazırlığı təşkil olunur.

 

IX - X siniflər üzrə:

  • Şagirdlər seçdikləri ixtisas qrupuları üzrə tədrisə cəlb olunurlar;
  • Buraxılış və Qəbul imtahanlarına DİM-in proqramı əsasında xüsusi hazırlıq təşkil olunur;
  • Şagirdlərin bilikləri mütəmadi Sınaq imtahanları ilə yoxlanılır;
  • Xaricdə təhsil almaq istəyən şagirdlər üçün əlavə hazırlıq proqramları (SAT, TOEF, İELTS, YÖS) tədris olunur;
  • Xüsusi istedadlı şagirdlərin beynəlxalq, respublika fənn və layihə olimpiadalarına hazırlığı təşkil olunur.

 

Rus bölməsi üzrə:

  • Tədris milli kurikulum əsasında aparılır;
  • Rus dili və rus ədəbiyyatı Rusiyanın qabaqcıl proqramları əsasında tədris olunur;
  • İngilis dili ilə yanaşı 2-ci xarici dilin tədrisi növbəti ildən etibarən tədris proqramına əlavə olunması planlaşdırılır;
  • İngilis dili fənni beynəlxalq Kembric (Cambridge) proqramı əsasında aparılır;
  • Şagirlər ildə 1 dəfə beynəlxalq Kembric (Cambridge) sertifikat imtahanlarında iştirak edir;
  • İnformatika fənni xüsusi proqram əsasında tədris olunur;
  • Günün ikinci yarısında ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur;
  • Şagirdlərin hərtərəfli inkişafı üçün dərsdən sonra STEM, idman və incəsənət dərnəkləri təşkil olunur.

 

İngilis bölməsində (Beynəlxalq məktəbdə) tədris

 

I və II siniflər üzrə:

  • Tədris Kembric (Cambridge) kurikulumu əsasında aparılır;
  • Əsas fənlərin (Math, Phonics, Science, Social Studies, English) tədrisi ingilis dilindədir;
  • Azərbaycan və rus dili fənninin tədrisi milli kurikulum əsasında aparılır;
  • İnformatika (Kompyuter) fənni xüsusi proqram əsasında tədris olunur;
  • Şagirdlərin məntiqi analiz etmə və riyazi mühəndislik qabiliyyətlərini inkşaf etdirmək üçün STEM dərsi tədris olunur;
  • Sosial bacarıqların inkişafı  üçün musiqi, rəqs, incəsənət (art) və dram dərsləri keçirilir;
  • Günün ikinci yarısında müxtəlif idman növləri (şahmat, futbol, basketbol, gimnastika) üzrə dərnəklər təşkil olunur;
  • Ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur.

 

SUAL : Şagirdlərin günlük rejimi necə təşkil olunur?

CAVAB:  Kaspi Liseylərində şagirdlərin günlük rejimi aşağıdakı kimidir:

I-IV siniflərin günlük rejimi:

08:30-dan 12:20-dək əsas fənlərin tədrisi

9:50-dən 10:10-dək qəlyanaltı

12:20-dən 13:20-dək nahar fasiləsi

13:20-dən 14:00-dək əsas fənnlərin tədrisi

14:10-dan 14:50-dək əlavə dərslər / ev tapşırıqlarının həlli

15:00-dan 16:00-dək ev tapşırıqlarının həlli / dərnək fəaliyyətləri

 

V-XI siniflərin günlük rejimi:

08:30-dan 13:10-dək əsas fənlərin tədrisi

13:10-dan 14:10-dək narahar fasiləsi

14:10-dan 14:50-dək əsas fənnlərin tədrisi

15:00-dan 16:00-dək ev tapşırıqlarının həlli/dərnək fəaliyyətləri

 

İngilis bölməsi üzrə şagirdlərin günlük rejimi:

8:30-dan 9:00-dək səhər yeməyi

9:00-dan 13:00-dək əsas fənlərin tədrisi

13:00-dan 13:30-dək nahar fasiləsi

13:30-dan 15:00-dək əsas fənlərin tədrisi

15:00-dan 16:00-dək dərnək fəaliyyətləri

16:00-dan 17:00-dək ev tapşırıqlarının həlli

 

SUAL: Dərsdənkənar fəaliyyətlər təşkil edilirmi?

Cavab: Bəli təşkil edilir. Liseyimizdə şagirdlərin sosial, fiziki və akademik bacarıqlarını inkişaf etdirən müxtəlif dərnəklər mövcuddur. Bunlardan idman,  STEM, intelektual və incəsənət dərnəklərini misal göstərmək olar.

 

SUAL : Avtobus xidməti (məktəbli servisi) təşkil olunurmu?

CAVAB: Kaspi liseylərində məktəbli servisi fəaliyyət göstərir. Bu xidmət SV Trans adlı nəqliyyat şirkəti tərəfindən həyata keçirilir və əlavə ödənişlidir. Müraciət mərhələsində qeydiyyat şöbəsinə bu barədə məlumat verməyiniz sizdən tələb olunur. Bu zaman yaşadığınız ünvan və əlaqə saxlamaq üçün bir telefon nömrəsi təqdim etməlisiniz. Qəbul prosesi bitdikdən sonra ünvanınıza uyğun olaraq marşrut xətti və müvafiq ödəniş təyin olunur. Məlumat üçün bildiririk ki, avtobus xidmətimiz tam keyfiyyətli və təhlükəsiz formada təşkilini təmin etmək məqsədilə liseyimiz tərəfindən mütəmadi nəzarət və monitirinq tədbirləri görülür.

 

SUAL: Məktəbli formasının keyfiyyəti necədir?

Cavab: Məlumat üçün bildirək ki, liseyimizin məktəbli formaları uniforma  hazırlanması sahəsində Türkiyənin qabaqcıl tekstil brendlərindən biri olan “Natura” şirkətindən sifariş olunur. Məktəbli formamızın bütün çeşidləri 100% pambıqdan hazırlanmaqla yanaşı, yüksək zövqlü dizayna malikdir.

 

SUAL: Qidalanma haqqında nə deyə bilərsiniz?

Cavab: Kaspi Liseylərində qidalanma şagirdlərin gün ərzində (dərs prosesi müddətində) itirdikləri enerjinin bərpa olunması (tələb olunan kalori miqdarında), zəruri vitamin və mineralların qəbulu, bunula yanaşı uşaqların sevdikləri yeməklərin menyuya daxil edilməsi kimi nüanslar nəzərə alınmaqla təşkil edilir. Ən əsası isə bütün yeməklərin təzə və keyfiyyətli məhsullardan dadlı bişirilməsinə diqqət edilir. Şagirdlərimizə daim keyfiyyətli, sağlam və təhlükəsiz qida verilməsinin təmin edilməsi məqsədilə tərəfimizdən mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir.

 

Sual: Liseylər hansı ünvanlarda yerləşir?

Ağ şəhər filialının ünvanı:

Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 57A

 

Bakıxanov filialının ünvanı:

Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 176 

 

Kaspi Liseyinin İngilis bölməsinin ünvanı (Beynəlxalq Lisey):

Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi 26 (Xətai metrosunun arxası)