Orta məktəb
Kaspi Liseyində Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədris proqramı müasir təhsil və təlim metodları əsasında tədris olunur. Beynəlxalq təhsil proqramının tələb və təcrübələrinə uyğun olaraq şagirdlərimiz peşəkar və qayğıkeş müəllim heyəti tərəfindən milli şüur aşılanaraq təlim və təhsil alırlar.
Kaspi Liseyində şagirdlər bilik əldə etməklə yanaşı, biliyi əldə etmənin və istifadənin yollarını da öyrənirlər. Məqsədimiz şagirdlərimizi milli dəyərlərə sahib, texniki inkişafi təqib və tətbiq edən, yeniliklərə asanlıqla adaptasiya ola bilən, nəticəyə yönəlik çalışan, yaradıcı və tənqidi təfəkkürə malik, hədəfi və amalı olan yeni nəslin nümayəndələri olaraq yetişdirməkdir. Liseyimizdə təhsil tam orta təhsildir.
Orta təhsilin tədrisi aşağıdakı kimi aparılır.
Orta təhsil Təhsil Nazirliyinin proqramına uyğun aparılır.
İngilis dili fənni həftədə 5 gün tədris olunur.
İngilis dili fənni Oxford,Cabmridge proqramları əsasında hazırlanmışdır. İngilis dili fənni dörd məzmun xətti üzrə dinləmə,oxuma, yazma, danışma öyrənmə bacarığını inkişaf etdirir.
Rus dili ikinci xarici dil olaraq şagirdlərin müxtəlif dillərdə anlama, yazma, danışma bacarığını inkişaf etdirir.
Şagirdlərin riyaziyyat, fizika, kimya, boilogiya, ingilis dili fənnlərini daha dərindən mənimsəmələri üçün həftə içi və sonu əlavə dərslər təşkil olunur.
Şagirdlərdə fərdi işləmə bacarığını inkişafı üçün tapşırıqların işlənməsi saatı təşkil olunur. Burada əsas məqsəd şagirddə məsuliyyət hissini artırmaq, sərbəst işləmək bacarığını yaratmaqdır.
Yaranan problemlərin həlli yollarını tapmaq, yeni fikir və təklifləri müzkirə etmək üçün həftədə bir dəfə sinfin təşkili saatı keçirilir
Öyrənmənin, istirahətin və sosiallaşmanın səmərəli təşkili məqsədi ilə illik tədris proqramına uyğunlaşdırılmış ekskursiya və gəzintilər təşkil olunur.
Şagirdlərdə rəqabət ruhunu yüksəltmək, qələbə və məğlubiyyətə dözüm hissini formalaşdırmaq məqsədi ilə siniflərarası yarışlar təşkil olunur.
Zehni və fiziki yorğunluğu aradan qaldıran, öyrənmənin effektini artıran, uşağın hərtərəfli inkişafında əhəmiyətli rolu olan dərnəklərin fəaliyyətnin yekunu olaraq sərgilər təşkil olunur.
Tədris ili müddətində illik tədbir planına uyğun olaraq sinif tədbir hazırlayır və çıxış edir.
Şagirdlərin nailiyyətləri yarımilin sonu sosial və təhsil fəaliyyətinin nəticələrinə görə mükafatlarlandırılır.