Endirim və güzəştlər


Təhsil haqqına tətbiq edilə biləcək mümkün endirim və güzəştlər:

100% təqaüd (güzəşt) imkanları

Hər il keçirilən ümumi qəbul imtahanlarında yüksək nəticə əldə edən şagirdlərə tətbiq edilir.

Qeyd: Kaspi Liseylərinə keçirilən ümumi qəbul imtahanlarında VIII – XI sinif şagirdinin əldə etdiyi nəticə 95 %-dən yuxarı olmalıdır və əlavə müsahibə mərhələsini uğurla keçməlidir. Bu təqaüddən Bakıxanov və Ağ Şəhər liseyləri üzrə ümumilikdə 2 nəfər yararlana bilər. Cari ildə Kaspi Liseylərində təhsil alan şagirdlərin də bu təqaüddən istifadə etmək hüququ vardır. Onlar da bu təqaüdü qazanmaq üçün eyni şərtləri ödəməlidirlər.

Həmin qəbul imtahanlarında 85 %-dən yuxarı nəticə əldə edən VIII – XI sinif şagirdləri tutduqları yerlərdən asılı olaraq 1000 manatdan 3000 manatadək təhsil haqqı endirimi qazanırlar.

 

Olimpiada təqaüdləri

Respublika fənn olimpiadalarında 1-ci yeri tutmuş şagirdlər təhsil haqqından 100% azad olurlar, 2-ci və 3-cü yeri tutmuş şagirdlər isə təhsil haqqına 75% endirim əldə edirlər.

Respublika fənn müsabiqələrində 1-ci yeri tutan şagirdlər təhsil haqqına 75% endirim, 2-ci və 3-cü yerləri tutan şagirdlər isə təhsil haqqına 50% endirim əldə edirlər.

Qeyd: Cari ildə Kaspi Liseylərində təhsil alan şagirdlərin də bu təqaüddən istifadə etmək hüququ vardır. Onlar da bu təqaüdü qazanmaq üçün eyni şərtləri ödəməlidirlər.

 

Qarabağ veteranları və şəhid ailələri endirimləri

Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin övladlarına təhsil haqqına 20 % tətbiq olunur.

 

Kaspi Kids və Kaspi Uşaq Bağçası endirimi

Kaspi Kids – Məktəbəqədər hazırlıq mərkəzlərini və Kaspi Uşaq Bağçasını bitirərək Kaspi liseylərinə 1-ci sinfə qəbul olan şagirdlərin ümumi təhsil haqqına 200 (iki yüz) manat endirim tətbiq edilir.

Qeyd: Bu endirim Kaspi Kids mərkəzlərində və Kaspi Uşaq Bağçasında ən az 7 (yeddi) ay təhsil alaraq Sertifikat qazanmış məzunlara şamil edilir.

Kaspi Liseyinin İngilis bölməsində (Beynılxalq məktəbdə) məktəbəqədər hazırlıq bölməsini bitirərək 1-ci sinfə qəbul olan şagirdlərin ümumi təhsil haqqına 500 (beş yüz) manat endirim tətbiq edilir. (Bu endirim yalnız ingilis bölməsinə müraciət edənlərə şamil edilir.)

 

Ailə endirimi

Kaspi Liseyinə 1 ailədən 2 və daha artıq şagird qeydiyyatdan keçərsə, 2 ci şagirdə 10%, 3 cü şagirdə 20% və bu ardıcıllıqla hər növbəti şagird üçün əlavə 10 % olmaqla endirim tətbiq edilir.

Qeyd: Ailə endirimi və Kids endirimi 1 şagird üçün eyni anda tətbiq edilə bilməz. Daha yüksək endirim valideyn tərəfindən seçilir.