Avtobus xidməti (məktəbli servisi)


Kaspi liseylərində məktəbli servisi fəaliyyət göstərir. Bu xidmət “SV Trans” adlı nəqliyyat şirkəti tərəfindən həyata keçirilir və əlavə ödənişlidir. Müraciət mərhələsində qeydiyyat şöbəsinə bu barədə məlumat verməyiniz sizdən tələb olunur. Bu zaman yaşadığınız ünvan və əlaqə saxlamaq üçün bir telefon nömrəsi təqdim etməlisiniz. Qəbul prosesi bitdikdən sonra ünvanınıza uyğun olaraq marşrut xətti və müvafiq ödəniş təyin olunur. Məlumat üçün bildiririk ki, avtobus xidmətimiz tam keyfiyyətli və təhlükəsiz formada təşkilini təmin etmək məqsədilə liseyimiz tərəfindən mütəmadi nəzarət və monitirinq tədbirləri görülür.