Qidalanma


Kaspi Liseylərində qidalanma şagirdlərin gün ərzində (dərs prosesi müddətində) itirdikləri enerjinin bərpa olunması (tələb olunan kalori miqdarında), zəruri vitamin və mineralların qəbulu, bunula yanaşı uşaqların sevdikləri yeməklərin menyuya daxil edilməsi kimi nüanslar nəzərə alınmaqla təşkil edilir. Ən əsası isə bütün yeməklərin təzə və keyfiyyətli məhsullardan dadlı bişirilməsinə diqqət edilir. Şagirdlərimizə daim keyfiyyətli, sağlam və təhlükəsiz qida verilməsinin təmin edilməsi məqsədilə tərəfimizdən mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir.